ANAM SAĞ OLSAYDI ...
EkoDrive
15 Dek 2015 / 08:09
Anam sağ olanda ruhdan düşməyə qoymazdı məni,
Bircə təbəssümüylə
nəğməyə çevirərdi ürəyimdən keçəni,
dilim deyəni.
İşlərim düz gətirməyəndə,
üzüm gülməyəndə,
çoxdan gözlədiyim
bir gün gəlməyəndə, Zəhmətlə aşırdığım bir iş
qəfil düzəlməyəndə
İçində gizlin ağlayar,
içində sızlayardı.
Üzü gülərdi,
üzdə gülərdi, Başımı sığallayar,
telimi tumarlayar,
Astaca köks ötürər...
və deyərdi:
- Neynək, bala, neynək...
...Artıq bir aydır “gözlüklü yaş”a çatmışam,
Özümə təzə, iki gözlü
yoldaş tapmışam.
Evdə də, işdə də
burnumun ucundadır
Yoldaşım, köməkçim Eynək! Anam sağ olsaydı,
Köks ötürüb gülümsəyər...
Və deyərdi:
- Nenək, bala, neynək!..
[cavab]
(sLaDKiY_DeMoN)
15 Dek 2015 / 14:55
Elin var olsun. Super
[cavab]
EkoDrive
15 Dek 2015 / 17:34
deymez
[cavab]
navoccik
15 Dek 2015 / 20:50
EkoDrive, sozlerin meni cox govreltdi.saqol qaqa bu sozlere gore.tesekkur
[cavab]
=UGUR=
16 Dek 2015 / 19:07
Oxumadim...
Oxusam Kecmis Gunlerim Yadimda Dusecekdi.
[cavab]
Bölmeye qayıt
0.1938 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az