Kicik bir ders.

pol NARDARANLl 11 Dek 2015 / 19:20
— Atam gəldi. Uraa!!!
— Gəl görüm, qucağıma. Ay səni dəcəl,
günü gündən
böyüyürsən. Belə getsə, səni qucağıma ala
bilməyəcəm.
— Bəli, mən böyüyürəm artıq.Bu gün də beş
dənə beş aldım.
— Nə gözəl. Afərin sənə. Həmişə belə davam
elə. Söz verirsən?
— Başüstə, amma sən də velosiped
alacağına söz ver.
— Söz, alacam. Qoy gedim əllərimi yuyum.
Gələrəm söhbət
edərik.
— Anam süfrəni açıb.
— Get, mən də
gəlirəm. — Hə de
görüm günün necə keçdi?
— Ata bilirsən bu gün Vasiflə dalaşdıq.
Birinci o başladı. Məni
itələdi. Mən də yıxıldım, sonra durub onu
vurdum.
— Yaxşı eləmisən. Qoyma səni vursunlar.
Heç vaxt.
— Yaxşı eləmişəm? Amma müəllimə dedi ki,
düzgün hərəkət
eləməmişik. Dedi ki, «Allah insanlara şüur
verib, dil verib.
Aranızda nə varsa, danışaraq həll edin.
Dalaşaraq nəyisə həll
etmək insan olmayan varlıqlara aiddir.» Düz
deyir ata?
— Hhhəə Düz deyir.
Ata nədənsə qızardı. Simasında az öncə
yaranan hirs, əsəb bir
anda yox oldu.
— Ata bu gün biz inşa yazdıq.
— Həə. Nə inşası?
— ” Böyüyəndə kim olmaq istəyirsiniz?
— Sən nə yazdın?
— Yazdım ki, atam kimi həkim olacam.
— Afərin sənə.
— Sonra yazdım ki, çoxlu xəstələrim olacaq
və mən də onları
atam kimi sağaldacam. Kasıblardan pul
almayacam. Onları
pulsuz sağaldacam. Ehtiyacı olanlara pulsuz
dərmanlar
verəcəm. Çünki mənim atam belə edir.
Atanın iştahı nədənsə kəsildi. Çətinliklə nəfəs
alırdı. Niyəsə artıq
oğlunun söhbətinə qulaq asmaq istəmirdi.
— Müəllim inşanı oxudu və məndən sənin
adını soruşdu. Mən də
dedim. Sonra dedi ki,:” Atana denən halal
olsun. Dünya da belə
insanlar azdır. Əsl vəzifəsini unutmayıb.”
Oğlu süfrədən durub atasını bərk- bərk
qucaqladı və ” Mən də
böyüyəndə sənin kimi olacam.” dedi. Ata
oğlunu qucaqlayıb,
başının sığalladı. Zorla gülümsədi. Sonra
yeməyini bitirmədən
durub ağır addımlarla kabinetinə getdi.
Stulunda əyləşib
dərindən nəfəs almağa çalışırdı. Ürəyi
sıxılırdı. Gözü masanın
üzərində olan övladının şəklinə sataşdı və
beynində «Mən də
böyüyəndə sənin kimi olacam» sözləri əks
olundu.
— Allahım mən neynirəm?
Əlinə telefon dəstəyini götürüb. Işlədiyi
xəstəxanaya zəng vurdu.
— Alo, Nazilə xanım. Dünən gələn xəstəyə
zəng vurun. Deyin indi
təcili xəstəxanaya gəlsin əməliyyat olunacaq.
Otağı da hazırlayın
mən də gəlirəm.
— Axı demişdiniz pulu gətirməsələr əməliyyat
olmayacaq. Onlar
hələ pulu ödəməyib.
— Nə deyirəm onu eləyin. Çatdırın ki, pul
lazım deyil. Təcili
olaraq gətirsinlər.
— Burda da heç kim yoxdur. İş saatı bitib.
— Zəng eləyin hamını yığın. Həkimlər üçün iş
saatı olmur. artıq
söz istəmirəm. Mən gələndə hər şey hazır
olsun.
— Başüstə.
Maşınına əyləşib xəstəxanaya tərəf sürdü.
Yol boyunca dünən
yanına gələn xəstə və onun yaxını ilə olan
söhbəti xatırladı.
— Ancaq əməliyyat olunmalıdır. Müalicə gec
ola bilər. Nə qədər
tez əməliyyat olunsa, o qədər yaxşıdır. Pulu
ödəyin qalanı
bizlikdir.
— Ağrıları çoxdur. Dözə bilmir. Bu gün
əməliyyat eləsəniz. Mən
sonra pulu gətirəcəm.
— Xanım, bura sizin üçün mağaza deyil ki,
nisyə dəftərimiz
olsun. Burda yazılan dərmanları alın verin
ağrısı azalacaq. Pulu
ödəyən kimi də əməliyyat olunacaq.
— Qurban olum. Mən bu qədər pulu 2-3
günə necə tapım?
Hardan tapım?
— Orası bizlik deyil. 2-3 gün olmasın bir
həftə olsun. Sizin
xəstəniz əziyyət çəkir.
Bütün bu söhbətləri xatırladıqca utanırdı.
Alnından tər muncuq-
muncuq axırdı. Hələ indiyə qədər belə vicdan
əzabı çəkməmişdi.
— Hamı burdadır?
— Bəli. Xəstəni də gətiriblər. əməliyyat otağı
da hazırdır.
— Lap yaxşı. Başlayaq.
Əməliyyat uğurlu keçmişdi. Xəstəyə dərman
verildiyinə görə hələ
ayılmamışdı. Səhətini yoxlamaq üçün otağa
girdi. O gün söhbət
elədyi xanımı gördü. Başını aşağı saldı. Bu
yaşına qədər hələ
heç kimdən üzr istəməmişdi. İstədi ki, söhbəti
yayındırsın üzr
istəməsin, amma yenə oğlunu sözləri yadına
düşdü. «Mən də
böyüyəndə sənin kimi olacam.»
— Xanım bağışlayın. O günkü söhbətə görə
çox utanıram. Hər
şey bir kənara öz insanlıq vəzifəmi
unutmuşam. Bu
hərəkətimdən dolayı üzr istəyirəm.
— Allah bağışlasın. Hamımızın gözünün
tutulduğu an olur. Əsas
odur ki, gec olmadan fərqinə varaq.
— Haqlısınız. Bir azdan ayılacaq. Bu
dərmanları götürün. İçində
kağız var. Yazmışam ki hansını nə vaxt qəbul
etməlidir. Gələn
həftə yoxlanışa gətirərsiniz.
— Oldu. Hər şeyə görə çox sağolun.
— Borcumuzdur. Sadəcə unutmuşdum.
— Oğlunuz sizinlə öyünməkdə haqlı imiş.
İnşallah dediyi kimi
gələcəkdə sizin kimi bir insan olar. O sizə
qibtə edir.
— Siz?
— Bəli mən oğlunuzun müəlliməsiyəm. Allahın
işi bu Qismət
deyək.
Həyatda hər şey biz insanlar üçündür. Səhv
addım ata bilərik.
Ömrümüzün sonuna qədər belə olmalıyıq
deyə bir qayda yoxdur.
Əsas odur ki, elədiyimiz səhvi görüb gec
olmadan düzəldək və
dərs götürək. Neçə yaşında olursaq olaq
daima ətrafdakı
insanlardan doğru yolu öyrənə bilərik. Hətta
8 yaşında olan
oğlandan belə.
Həmçinin bilin ki, Yaxşılıq itmir və Allah hər
şeyin dəyərini bilir.

[cavab]

pol ErRoR_SySTeM 11 Dek 2015 / 19:24
Oxumuram ama oxumus kimiyem oxumusam axirda komek edir muellimeye pulsuz

[cavab]

pol Kalxozcu 11 Dek 2015 / 19:32
movzu ucun Tsk

[cavab]

pol ALoNe_AnGeL 11 Dek 2015 / 20:19
Maraqlidi.Mövzuya göre tşk

[cavab]

pol NaXo 11 Dek 2015 / 20:50

[cavab]

pol NARDARANLl 11 Dek 2015 / 21:51
Cox sagolun

[cavab]

pol =UGUR= 12 Dek 2015 / 10:04
Basdan eyaqa oxudum Superdi Tesekkurler Movzu Ucun

[cavab]

pol *NiGhT*FeArFuL* 12 Dek 2015 / 12:04
6C! Snifde kecrlen dersss:)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2666 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az