SEVDİYİMİ DÖYƏN "KİŞİ"

pol EkoDrive 5 Dek 2015 / 14:44
Bir dəqiqə dinlə məni,
"Sevdiyimi döyən kişi".
Necə qıydın axı ona?
Anlat mənə sən bu işi.

O güləndə bütün aləm
Xoşbəxtliyə bürünərdi.
Ay elə nur yayardı ki,
Gecə gündüz görünərdi.

Hansı haqqla yaş axıtdın,
Onun dünya gözlərindən?!
Getmək olardı cənnətə,
Həzz alaraq sözlərindən.

Qırma onun ürəyini,
O zəhərdən içib, içib.
Hayıf ki, mən sevən qadın,
Ər olaraq səni seçib.

"Sevdiyimi döyən kişi",
Onu cantək sevərdim mən.
Qurban olum vurma onu,
Gəl hirsini çıxart məndən...

[cavab]

pol KaRaBiN 5 Dek 2015 / 14:46
Niye vurubki ? :/

[cavab]

pol Hayallerim 5 Dek 2015 / 15:04

[cavab]

pol Krutoy_PareN 5 Dek 2015 / 16:30
Gozel şeirdi

[cavab]

pol NaXo 5 Dek 2015 / 16:36
biqeyret kisi))) adam hec sevdiyen doyer?)))

[cavab]

pol Made_in_Baki 5 Dek 2015 / 19:42
Bu ne weirdi dmin eti tokulur lap.bekarciliqdan yazilib bu

[cavab]

pol CrazY 6 Dek 2015 / 11:40
Sevdiyini doyen kiwi olare weirin adi. Sevdiyimi doyen kiwi pis cixir adama deyerler sevdiyine sahib cixda .
red. CrazY (06.12 /11:41)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1708 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az