HARDASAN AY ANA ?

pol EkoDrive 1 Dek 2015 / 16:45
Hardasan ay ana , gözümün nuru ?!
Köhnə dördayağın sahibsiz qalıb ...
Başına yığışan qohum - əqrəban
Nənəsiz , bibisiz , xalasız qalıb ...
...

Məclislər pıchapıc sözlü - söhbətli ,
Hanı söz kəsənim , bir adı qalıb .
Nə səni duyurlar , nə sən duyursan ,
Məclisin ayağı , başı boş qalıb ...
...

Elimdən , günümdən gileylənmirəm ,
Bu gün məmləkətlər sahibsiz qalıb !
Sahibsiz hürənlər , məxmər yataqda ,
Soyadı olanlar , küçədə qalıb .
...

Ay ana, qalanmır təndirin çoxdan ,
El oba köç edir , mahaldan - yurddan .
Damağa dad verən xırc - xırc qalacdan ,
Uçuq təndirlərdə xatirə qalıb ...
...

Ay ana , ötsədə fəsillər ağır ,
Ömrümə - günümə qayğılar yağır .
Nə qədər gəlsədə ahıl - qocalıq ,
Təndirin başında uşaqlıq qalır ,
Gözümün yaşında uşaqlıq qalır ...

[cavab]

pol GARABAG_T_E 1 Dek 2015 / 17:45
Super

[cavab]

pol ErRoR_MaQNiT 1 Dek 2015 / 18:59
qeseyyt

[cavab]

pol @_Q_E_B_E_L_E_@ 1 Dek 2015 / 19:54
super
red. @_Q_E_B_E_L_E_@ (01.12 /19:54)

[cavab]

pol HoRRorS__KiLLeR 1 Dek 2015 / 20:14
ehsen super

[cavab]

pol EkoDrive 2 Dek 2015 / 06:58
Cox sag olun dostlar

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1507 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az