Maraqli fakt

pol Nurlanichka 19 Noy 2015 / 18:44
Vaxt var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu.
Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar.

Rusiyada, I Pyotr belə bir fərman vermişdir ki, “kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: — “fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”. Hal-hazırda isə bu cür rüsvayçı fərmanlara heç yerdə rast gəlmək mümkün deyil. Hətta məktəblərdə belə solaxaylara sol əllə yazmaq qadağa edilmir. Amma yenə də, solaxaylarda nəsə bir qeyri-adiliyin olması haqda fikirlər dolaşmaqdadır. Buna misal olaraq sizlərə dünyaca məşhur olan tanınmış solaxayların həyatından bir neçə faktları çatdırmaq istəyirik:

İsaak Nyuton: “Solaxayların məntiqi, qadın məntiqi kimi ağlasızmazdır”...
Məşhur alim İsaak Nyuton solaxay olmuşdur və onun davranışlarında da, özü dediyi kimi, ağlasızmazlıqlar çox olmuşdur. Nyuton pişikləri çox sevərmiş, amma işləyərkən pişiklərin ona mane olmasına çox səbirsiz idi. İşləyərkən pişiklərin ona mane olmaması üçün, alim həmişə pişikləri bayıra qovarmış. Bu səbəbdən də o, qapıda deşik açdırıbmış. Qeyri-adi olan isə odur ki, bu pişiyin 3 balası dünyaya gələn zaman Nyuton ana pişik üçün açdırdığı deşiyin yanından üç ədəd balaca deşik də açdırır, balaca pişiklərin də bayıra çıxa bilməsi üçün. Dünya şöhrətli alimin heç ağlına gəlməmişdi ki, böyük pişik üçün açılmış deşikdən elə balaca pişiklər də çıxa bilərlər.

[cavab]

pol Kalxozcu 19 Noy 2015 / 18:49
Qara rengle yazmasaydin bawa duwerdiy ne yazdgni...

[cavab]

pol Nurlanichka 19 Noy 2015 / 18:50
Kalxozcu, oxuya bilmirsen?

[cavab]

pol orxan555 19 Noy 2015 / 19:14
Nurlanichka, bele eseblesmeyin reng tapmadiniz oxumaq cetindi hemde ureyim bulandi renge baxanda incime ifademe gore
red. orxan555 (19.11 /19:15)

[cavab]

pol Nurlanichka 19 Noy 2015 / 19:17
O zaman yeniden acaram bu movzu siliner.

[cavab]

pol Harry_Poter 20 Noy 2015 / 09:41
Nurlanichka, maraqlıdi

[cavab]

pol Harry_Poter 20 Noy 2015 / 09:41
men rahat tez tez oxuyuram hec gozum ağrımır

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1729 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az