Yeni Planet....(=KraL=)

pol (=KraL=) 12 Noy 2015 / 23:31
Kainat təsəvvür etməyəcəyiniz qədər böyükdür!
Biz hər zaman kainatda həyatın olub-olmamasını fikirləşdikdə, onu qlobal olaraq yox, məh bizim Günəş sistemimizdə axtarmağa çalışırıq. Düzdür bizim indiki kosmik aparatlarımız, məhz Günəş sistemində təhqiqat aparmaq iqtidarındadır. Əslində texnologiyalar inkişaf edir və Günəş sistemi xaricində səyahət edə biləcək kosmik aparatlarımız yaxın gələcəkdə bunu bacaracaq. Yalnız Voyager-1 kosmik aparatı hal-hazırda Günəş sistemindən çıxa bilib. Hələlik isə biz, kosmik teleskoplarımız vasitəsilə qonşuluqda olan Ulduz sistemlərini, onların planetlərini, strukturunu, temperaturunu və tərkibini belə öyrənə bilirik. İndi söhbət açacığımız obyekt bizim Günəş sistemimizdə olmayan, amma bizə oxşar planetdir. Günəş sistemiz xaric olan planetlər, ekzoplanetlər adlanır. Beləliklə tanış olun Lira bürcündə yerləşən Kepler 296A ulduz sistemi. Burada 5 planet aşkar olunub. Bunlardan biri Kepler-296A e ekzoplaneti barədə danışacayıq. Kepler-296A e bizdən 461,2 işıq ili uzaqlığında yerləşir.
O, 26 fevral 2014`cü ildə NASA tərəfindən rəsmən təsdiq olunub və komfortlu səhra kateqoriyasına aid edilib. Öz ulduzu ətrafında 34,1 yer günü ərzində dövr edir. Ekzoplanetin diametri 18873,8 km və səthindəki temperatur 16C təşkil edir. Kepler-296A e ekzoplanetin öz ulduzundan olan məsafəsinə görə, alimlər hesab edirlər ki, orada nəinki suyun maye halında olması, hətta həyatın olması mümkündür. Amma biz onu indilərdə yalnız orbital kosmik teleskopla öyrənə bilərik.

Bir NASA professorunun söz yadıma düşdü: “Gəlin Yer`də hər hansı dənizin sahilinə yaxınlaşıb, stəkanla su yığaq. Ora balıq düşməyincə, biz deyə bilərik ki bu dənizdə balıq yoxdur? Əlbəttə yox, bax bizim indiyə qədər öyrəndiyimiz bu stəkandakıdır...
red. (=KraL=) (12.11 /23:33)

[cavab]

pol (sLaDKiY_DeMoN) 12 Noy 2015 / 23:40
Maraqli idi. Twk

[cavab]

pol YeTiM 13 Noy 2015 / 01:48
Maraglidir eziyet cekdiyin ucun cox sagol

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.154 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az