Allahın varlığına sübut istəyirsən? >>>Movzunu silme.

pol DoMeN 12 Noy 2015 / 00:07
Bütün səmavi dinlərin əsasını dünyanı yaradan Allaha inam təşkil edir. Materialist dünyagörüşü ilə dini dünyagörüşünün prinsipial fərqi də elə bu məsələdədir. Həqiqət axtarışında olan şəxs hər şeydən öncə bu bu suala düzgün cavab verməlidir: Allah var, yoxsa yox?Allahın isbatı üçün bir sıra arqumentlər irəli sürülüb. Bu arqumentlər oxucu kütləsini nəzərə alaraq müxtəlif şəkildə qruplaşdırılır. Məsələn, bəzi arqumentlər tutarlı olduğu qədər sadədir, “Nəzm arqumenti” kimi. Nəzm arqumenti sadə olsa da insanların ruhuna, imanına tez təsir göstərə bilir. Onun dərki və qavranılması üçün uzun-uzadı düşüncələrə ehtiyac yoxdur. Həm də Nəzm arqumentində bütün dünyada nəzmi isbat etmək lazım deyil, öz ətrafımızda və hətta özümümzdə nəzmi isbat etsək, məqsədə çatmış oluruq.Nəzm arqumenti belə izah edilir:Təbiət münəzzəmdir və yaxud təbiətdə nəzmli varlıqlar mövcuddur. Hər bir nəzm məntiqi aksiomalara əsasən, şüurlu nazim tərəfindən həyata keçir. Demək, təbiətin, dünyanın bir şüurlu, elimli, qüdrətli nazimi, nizamlayanı var.

[cavab]

pol DoMeN 12 Noy 2015 / 00:07
Əlbəttə, John Hospers və David Yum tərəfindən nəzm qanununa bir sıra iradlar edilmişdir ki, müxtəlif məqalə və kitablarda həmin iradların cavabı verilib.Qurani-kərimdə də bu arqumentə dolayı işarə edilib. Bu arqument ilk baxışda Allahın şəriki olmasının inkarı üçün irəli sürülsə də dolayısı ilə Allahın varlığını da isbat edir:.“Tur” surəsinin 35-ci ayəsindən də Allahın isbatı üçün istifadə etmək olar. Ayədə deyilir: “Onlar xaliqsiz yaranıblar, yoxsa özləri özlərini xəlq ediblər?”Bu ayəni belə izah etmək olar ki, insan ya xaliqsiz və özbaşına yaranıb, ya özü özünün xaliqidir, ya da onu yaradan bir xaliq olmalıdır. Birinci və ikinci fərziyyənin yanlışlığı sübuta yetirilib. Heç bir məntiqlə həmin baxışlarıqəbul etmək olmaz. Demək “insanın bir yaradıcısı var” fikridoğrudur və həmin “yaradıcı” Allahdır.“Ənbiya” surəsinin 22-ci ayəsində Allahın şərikinin olmamasının isbatı üçün irəli sürülən arqumentdə deyilir: “Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, göy və yer dağılardı “. Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, ziddiyyət baş verər və nəzm pozulardı. Amma göy və yer dağılmayıb. Demək, Allahdan başqa tanrılar yoxdur.“Əgər Allahdan başqa tanrılar olsaydı, dünya fəsada uğrayardı ” deyimində məqsəd nədir? Sualının cavabında müfəssirlər müxtəlif cavablar vermişlər. Verilən cavablarınbəziləri sadə, bəziləri isə sırf fəlsəfi metodlara əsaslandığıüçün dəqiq və eyni zamanda tutarlıdır. Bir cəmiyyətin və ya təşkilatın idarəsi üçün vahid nəzmin olması zəruridir, əks təqdirdə süqut edəcək. Hətta əgər bir aildə və ya bir şəhərdə iki nəfər hökmranlıq etsə, anarxiya baş qaldıracaq. Belə olan halda, bu genişlikdə olan dünyanı bir neçə hakim necə idarə edə bilər?Əlbəttə, bu yazıda məqsəd bütün arqumentləri yox, yalnız tanınmış İslam filosofları İbn Sina və Molla Sədranın “Siddiqin” arqumentlrini nəzərdən keçirməkdir. Bu dəlillər Allahın isbatı üçün demək olar ki, ən tutarlı dəlillər hesab edilir.

[cavab]

pol DoMeN 12 Noy 2015 / 00:07
Öz inkarına sübutun varmı?Fəlsəfədə Allhın isbatı üçün irəli sürülən ən məşhur arqumentlərdən biri də “İmkan arqumenti”dir. Bu arqument dörd əsas üzərində qurulub:1. Heç bir mümkün varlığın yaranması zatən zəruri deyil. Yəni ağıl onun mahiyyətini nəzərə alarkən olub-olmamasıehtimalının bərabərliyini dərk edir. Bu mənada bir səbəb olmadıqda onun vücuda gəlməsi zərurət kəsb etmir.2. Heç bir varlıq zərurət olmadan yarana bilməz. Yəni bir şeyin vücuda gəlməsi üçün bütün yoxluq şərtləri aradan qaldırılmalıdır. Filosofların təbirincə, “əşya zərurətsiz yarana bilməz.” Başqa ifadə ilə desək, vücud ya zatən “mütləq varlıq” olub özü özünü zəruri edir, ya da mümkün varlıqdır. Mümkün varlıq səbəb vasitəsiylə zəruri edilərkənyaranma potensialını özündə tapır. Yəni səbəb onun vücudunu zərurət həddinə çatdırır və olmamaq imkanını ondan alaraq onu var edir. Bu müqəddimə danılmaz və aksiomatikdir.3. Əgər bir vücud zatən zəruri deyilsə, bu zərurilik başqa vücud vasitəsiylə ona məcburən bəxş edilir. Yəni “tam səbəb” “nəticə vücudu”nu “vasitəli zərurət” edir. Bu müqəddimə də danılmazdır. Ona görə ki, istənilən sifət iki haldan xaric deyil: ya zatən, ya vasitəylə müəyyən bir sifətə malik olur. Əgər malik olduğu sifət zati deyilsə, məcburən vasitəlidir. Demək, bir varlığın əmələ gəlməsi üçün labüd olan zərurət zati olmadıqda məcburən başqa bir vücud vasitəsiylə həmin vücud yaranır və həmin başqa vücuda “səbəb” deyilir.4. Səbəblərin zəncirvari uzanması və ya dairəvi olması qeyri-mümkündür. Bu müqəddimə də danılmaz və aksiomatikdir.Qeyd edilən müqəddimləri nəzərə alaraq İmkan arqumentini belə izah etmək olar:Dünyada olan varlıqların hamısı vasitəli zərurətlə vücuda gəlirlər. Ona görə ki, bir tərəfdən mümkün varlıqlar zatən zəruri deyillər (birinci müqəddimə), digər tərəfdən, heç bir varlıq zərurətsiz vücuda gələ bilməz (ikinci müqəddimə). Ona görə də məcburən vasitəli zərurət sifətinə malik olurlar və onların hər birinin vücudu bir səbəb vasitəsi ilə zərurət kəsb edir (üçüncü müqəddimə).Əgər onların vücudunun bir-birlərinin vasitəsi ilə zərurət kəsb etdiyini fərz etsək, səbəblərin sonsuza qədər zəncirvari və ya dairəvi olması ehtimalı irəli gələcək. Lakin məlum olduğu kimi səbəblərin zəncirvari və ya dairəvi hal alması qeyri-mümkündür (dördüncü müqəddimə).Bu arqumenti başqa formada da izah etmək mümkündür və bu halda dördüncü müqəddiməyə ehtiyac duyulmur:Mümkün varlıqlar hər necə təsəvvür edilsə, onlarda zatən vacib varlıqsız əmələgəlmə zərurəti yarana bilməz. Ona görə ki, onlardan heç biri zatən zəruri deyildir ki, başqası onun vasitəsi ilə zərurət kəsb etsin. Başqa ifadə ilə desək, mümkün varlıqlardakı zərurət alınmadır və bu zərurətlər zatən zərurətdən qaynaqlanır.Məlum arqumenti daha qısa formada izah etmək olar:Vücud ya zatən mütləq varlıqdır, ya da mümkün varlıq.Hər mümkün varlıq mütləq varlığa söykənir.

[cavab]

pol DoMeN 12 Noy 2015 / 00:08
İlk təkan olmasa1. Dünyadakı mövcudlar mümkün varlıqlardır və zatən var olma imkanları yoxdur. Onlardan biri mütləq varlıq olarsa, istədiyimiz nəticə hasil olur (çünki biz vacib varlığın olmasını isbat etmək istəyirik).2. Hər mümkün varlığın vücuda gəlməsi üçün onu vücuda gətirən səbəbə ehtiyac duyulur.3. Səbəblərin sonsuza qədər zəncirvari və ya dairəvi davam etməsi qeyri-mümkündür.Bu müqəddiməyə əsasən, uyğun arqumenti belə izah etmək olar:Zehnimizdəki ehtimala əsasən, dünyadakı varlıqlar mümkün varlıq olduqlarından onları vücuda gətirə bilən səbəbə ehtiyaclıdırlar. Səbəblərin sonsuza qədər davam etməsi və ya dairəvi hal alması qeyri-mümkündür. Buna görə də səbəblər məcburən başlanğıcda elə bir səbəbə söykənməlidir ki, heç bir səbəbə ehtiyac duyulmasın. Yəni mütləq varlıq olsun. Bu arqumenti İbn Sina “İşarat” kitabında belə izah edir:“İstənilən varlıq ya mümkün, ya da mütləq varlıqdır. Əgər mütləq varlıq olsa, istədiyimiz nəticə hasil olur. Əgər mümkün varlıq olsa, mütləq varlığa söykənməlidir ki, səbəblərin zəncirvari və ya dairəvi hal alması lazım olmasın.”İbn Sina bu arqumenti ən tutarlı arqument hesab edərək adını “Siddiqin arqumenti” qoymuşdur. Bu arqument real varlığın qəbul edilməsinə söykənir. Bu da bir aksiom olduğundan qəbul edilməməsi qeyri-mümkündür.Əgər bir nəfər real varlığı qəbul etsə, ona real varlığın ya mütləq, ya da mümkün olması bildiriləcək. Üçüncü ehtimal yoxdur.Birinci halda mütləq varlığın mövcudluğu sübuta yetir.İkinci halda (əgər mümkün varlığı qəbul etsək) da mütləq varlığın mövcudluğunu qəbul etməliyik. Ona görə ki, mümkün varlıq səbəbə ehtiyaclıdır. Səbəblərin sonsuza qədər zəncirvari davam etməsinin irəli gəlməməsi üçün səbəblər mütləq vacib varlığa söykənməlidir.Nəticədən səbəbə doğruBu arqumenti Sədrül-Mütəəllihin Molla Sədra “Mütəaliyyəfəlsəfəsi” prinsiplərinə uyğun izah edərək İbn Sinanın arqumentini “Siddiqin arqumentinin oxşarı”, öz arqumentini isə daha tutarlı hesab edərək onu “Siddiqin arqumenti” adlandırmışdır.Məlum arqument üç müqəddimədən ibarətdir:1. Vücudun əsl, mahiyyətin isə şərti olması məlumdur.2. Vücud müxtəlif mərhələlərdən ibarətdir (yəni bütün vücudlar eyni dərəcəyə malik deyillər, məsələn, mücərrəd varlıqlarla maddi varlıqlar arasında əsaslı fərqlər var). Həmçinin, səbəblə nəticə arasında heç vaxt qırılmayacaq sıx əlaqə mövcuddur. Belə ki nəticə olan vucud heç vaxt həyatbəxş vucuddan müstəqil deyil və həmişə ondan asılıdır.3. Nəticənin səbəbə ehtiyacı nəticənin zəif vücuda malik olmasından irəli gəlir. Belə ki, əgər bir vücud hətta çox cüzi qədər zəif olarsa, onun özündən güclü vücuda ehtiyacı labüddür və heç bir halda ondan müstəqil ola bilməz.Bu müqəddiməyə əsasən, “Siddiqin arqumenti”ni Sədrül-Mütəəllihinin baxışına əsasən belə izah etmək olar:İstisnasız olaraq vücudun bütün mərhələləri sonsuz kamal, ehtiyacsızlıq və mütləq istiqlala malik olan ən ali vucuddan asılıdır. Yəni ən ali vücud olmadıqda vücudun digər mərhələləri də var ola bilməzdi. Ona görə ki, vücudun digər mərhələlərinin ən ali vücud olmadan yaranması üçün onların ən ali vücuddan müstəqil və ehtiyacsız olması lazımdır. Lakin onlar ən ali vücuda mütləq və tam olaraq ehtiyaclıdırlar.

[cavab]

pol DoMeN 12 Noy 2015 / 00:08
Eziyyetimi heyf etmiyin...

[cavab]

pol *_AzMan_* 13 Noy 2015 / 20:51
sag ol qaqaw gozel movzudu.Allah razi olsun

[cavab]

pol ____SERAP____ 14 Noy 2015 / 01:05

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1942 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az