FIRLANIR

pol EkoDrive 5 Noy 2015 / 22:15
Bu dünyadan heç nə
anlamıram mən,
Hansı xətlə, hansı cızla
fırlanır?
Qiyamətdən əlamətdir,
yəqin, bu. Oğlan oğlan, qız da qızla
fırlanır. ***
Sanki hər şey çevrilibdir
tərsinə,
Təmizliyi itiribdir tər sinə,
Bilmək olmur düzü nədir,
tərsi nə? Yay qış ilə, payız yazla fırlanır. ***
Ağlar gözlər saxtalaşıb,
saxtadır,
Quru gözdə qanlar laxta-
laxtadır,
Sanki qəlblər daşdır, ya da taxtadır,
Çox çox ilə, az da azla fırlanır. ***
“Varlı”, ”Kasıb” ayrı-ayrı
dünyalar,
Varlıda gen, kasıbdasa dünya
dar,
Pul olubdur indi namus, indi ar, Puldan ötrü xoruz qazla
fırlanır. ***
Hər kəs qaçır şan-şöhrətə,
ad-sana,
Oğlan qıza, qız dönübdür
oğlana,
İndi ceyran çevrilibdir “aslana”, “Aslan” isə yaman nazla
fırlanır. ***
Mən Qəribəm, bu dünyanın
qəribi,
Qəlbim olub xəstə canın
qəribi,
Siz anlayın, bir az qanın Qəribi,
Çün əlində qələm sazla
fırlanır.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1792 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az