Can verir

pol EkoDrive 5 Noy 2015 / 08:12
Bu gecə güllələndim,
Yaralarım qan verir.
Dənizimdə tufandı,
Gəmilərim yan verir.

Uca qəddim bükülür, Yarpaqlarım tökülür,
Yenə üfüq sökülür,
Yenə səhər Dan verir...

Çökdü ömrümə qürub,
Güllərimi don vurub,
Qəm içimdə taxt qurub, Qətlimə fərman verir.

Allah, mən ki səndəyəm,
Bir bax ki, nə gündəyəm,
Çox sevdiyi bəndəyə,
Hökmü nə yaman verir?!

Daşır, dolur bir sevda, Saçın yolur bir sevda ,
Şəhid olur bir sevda,
Qucağımda can verir...

[cavab]

pol xCeDRiC 5 Noy 2015 / 08:19
twkrr

[cavab]

pol GooDPicKs 5 Noy 2015 / 13:13
ela

[cavab]

pol Ceyhun 5 Noy 2015 / 13:58
Super

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1482 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az