İnsan namazda nə üçün namazı yaddan çıxardır?
ilawka51
24 Noy 2012 / 21:40
Siz Allahın rizasına müvafiq bir iş görmək istədiyiniz vaxt şeytan mütləq bir şey etməyə cəhd göstərəcək. Namaz qılmaq da belədir. Nəticədə sizdə daxilən hər cür şübhə baş qaldıracaq və axırda: “Belə namaz olmaz!”, – deyib namaz qılmağı buraxacaqsınız. Şeytanın istədiyi şey də elə budur.
Əslində isə sizin ağlınıza belə şeylər gəlirsə, bu o deməkdir ki, siz şeytanı necə deyərlər, artıq “narahat etmisiniz” və elə bunun özü də sizin düzgün yolda olduğunuzu göstərir.
Namaz qılan insan düzgün yolda olduğuna görə şeytan onun qabağını kəsib namazını unutdura bilər. Bu, Quranın əl-Maun surəsindəki ayəyə daxil deyil. Orada deyilir ki, onlar namazlarının fərqində deyillər. Yəni: “Namaz qıldıqları vaxt namazda olduqlarını dərk edə bilmirlər”, – deyilmir.
Buna görə də insanın namazın vacibləri və müstəhəblərinin arasında ağlına vəsvəsə gətirməməyi mümkün deyil. Çünki buna heç kəsin gücü çatmaz.
[cavab]
Bölmeye qayıt