Ayrılıq.......

pol ilawka51 23 Noy 2012 / 19:44
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
Xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,-
Tanıya bilmədim, məni bağışla
Mən elə bilirdim, sənsiz ölerəm,
Mən sənsiz ölmədim,məni bağışla.!

Ölmədim” deyirəm, Nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.


Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki,
Ayrıldıq, şeytanı güldürdük onda,
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
Məni də, səni də öldürdük onda.

Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özünden xebərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.


Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.......
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
On-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz


Halal yolumuz dəyişib, nəsə
Çaşmışıq, biz özge yoldan getmişik.
Belkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış – bahar,
Qarışıb dünyanın şehəri, kendi.
Bəlkə öz betninde
ögəy analar
Ögəy balaları gəzdirir indi.


Ömrüm başdan- başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı belkə,
Belkə də, oğlumdu bu oğlan elə

Bu yalan ömrümde
görən sen nəsən?
Bəlkə heç sevgilim deyilsen mənim?
Anamsan,
bacımsan,
nənəmsən, nəsən?
Bircə allah bilir, nəyimsen mənim



Bizi kim altdadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
her nəsən, dayan!
Dayan, heç olmasa, əlinden öpüm.

Deyirsən: “ Ölüyəm, ölünü öpmə.””
Elimin içində
soyuyar əlin.
Deyirsən:” Sən allah, əlimi öpmə,
Əlimdən, deyəsən, qan iyi gəlir.”

[cavab]

pol Seyfu 24 Noy 2012 / 11:38
Əladı.

[cavab]

pol nina* 24 Noy 2012 / 13:13
twk ellerine sagliq...

Men ele bilirdim,sensiz olerem..
Men sensiz olmedim,meni bagiwla...........((((((((((((((
red. nina* (24.11 /13:14)

[cavab]

pol ilawka51 24 Noy 2012 / 21:00
deymez

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1279 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az