Baxar keçər......

pol ilawka51 23 Noy 2012 / 19:41
Dünya açıq pəncərədir,
Hamı gələr,baxar-keçər...
Məhəbbət bir gül-qönçədir,
Qızlar döşə taxar-keçər...

Həyat gözəl,dünya şirin,
Yox bənzəri bu günlərin...
Göylər dərin,sular sərin,
Ömrümüzdən axar-keçər...

Gəncliyimiz çiçək olar,
Hər günümüz qəşəng olar...
Həsrətin bir şimşək olar,
Ürəyimdə çaxar-keçər...

Həsrət-ömrün yoxuşları,
Qəribədir naxışları...
Yağış olar baxışların,
Öz könlümə yağar-keçər!...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1627 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az