Ey Yağış!.......

pol ilawka51 23 Noy 2012 / 19:40
Göyə bax,
Yağış yağır,
Təkliyin açarıdır yağış,
Dərdərimin dərmanıdır yağış.

Mən sənə inanıram ,
Sən günahsız, şəffafsan.
Mən isə əli qanlı bəndəyəm.
Sənə layiq deyiləm, Ey yağış!

İstərdim dərdlərimə məlhəm olasan.
Əlimi tutub işıqlı dünya açasan.
Baxıram sənə, İsladırsan məni,
Lakin heç dinmirsən, Ey yağış!

Səni sevdim ey göydən gələn,
Zaman gəldi sənə bağlandım,
Sən isə, damcılarınla
Kövrəltdin məni ey yağış!

Məndə nə hisslər var,
Səndə isə ağlayan ürək var,
Biz toqquşsaq dünya dəyişər.
Ey yağış!

Sənsiz idi otağım,
İldırım xəbər verdi,
Çıxdım sevgilimi görməyə,
Amma yenə də vicdansizsan! Ey yağış!

Kölgəli ağacın altında, sənə tamaşa edirəm,
Mənə baxıb gülürsən,
Dərdimi bilmirsən!
Bax niyə gülürsən? Ey yağış!

Qoy susum danışmıyım,
Qoy ürəyim qan ağlasın.
Qoy tək qalım gələcəl sevgilimlə,
Amma səndə tək qoydun məni ey yağış!

Sənə inanıram, bilirəm,
Nə vaxtsa əlimdən tutacaqsam,
Amma ömür bilir,
Sən sonsuz, mən isə fani insanam.
Ey yağış!

Sözlərim bitmir, sənində damcıların!
Mənim ürəyim döyünür,
Sənin isə şırıltın.
Axı nə zamana kimi ağlayacaqsan
Ey yağış!

Bakıya qara kölgə gətirdin,
İnsanları evinə qovdun,
Özünü güclü hesab elədin.
Bəs niyə məni qovmadın?!Yağış!

Dedim sənə ayrılmayaq,
Üzünü çevirdin mənə,
Səndə tək qoydun məni
Sonra deməki
Gunahkar sənsən!
Ey yağış!

Yağ dayanma, islat,
Kövrəlt məni,
Axı bilirəm nə vaxtsa
Yalvaracaqsan. Ey yağış!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2313 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az