olmus hadise

pol Filoloq 23 Noy 2012 / 17:26
Qoca adam, çətinliklə
zənbildə daşıdığı südü
çadır dirəkləri arasından
keçirməyə çalışarkən:
-Süüd ...!, deyə qışqırırdı.
Qoca, hələ sözünü
tamamlamamışdı ki,
çadırından çıxan hirsli bir
adam:
-Sən deyəsən ağlını
itirmisən!-deyə qışqırdı.
Biz yaralılarımızla
məşğul olarkən, sən pul
qazanma
sevdasındasan.
Yaşlı adamın gözləri
dolmuşdu. Yumşaq bir
səslə:
-Bu zəlzələdə dörd
nəvəmi itirdim övladım,
dedi. Onların içdikləri
südü digər balalarmıza
hədiyyə etmək
istəyirdim,səhv
etmişəm?!
Bu olmuş hadisəni
danışanlar, «qoca
adama qışqıran o
adamın ağlayışını və ona
sarılaraq üzr diləyişini
heç unutmarıq»
deyirlər…

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1761 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az