SƏNI SEVMƏDIM ...

pol Memo 23 Noy 2012 / 02:16
SƏNİ SEVMƏDİM...
Səni sevmədim çünki səni
görmürdüm hiss etmirdim
belə...
Səni sevmədim çünki sən
mənim üçün adi sıradan bir
oğlan idin...
Səni sevmədim çünki hər dəfə
sənlə rastlaşanda üzümü çevirir
sakitcə yanından ötüb
keçirdim...
Səni sevmədim çünki
yaxınlarım,ətrafımdakılar
səndən danışanda susur və
söhbəti tez dəyişirdim....
Səni sevmədim çünki
ətrafımdakı bütün qızlar sənlə
maraqlansada mənim üçün sən
heç vaxt maraqlı deyildin...
Səni sevmədim çünki sən
mənim üçün qızlarla əylənən
sadəcə özünü düşünən bir insan
idin...
Mən səni heç sevmədim heç
istəmədim...
AMMA BİR GÜN ANLADIM...
Səni gürmürdüm deyirdim
amma əslində mən səni
görmək istəmirdim..
Çünki bilirdim ki,bir neçə dəfə
səninlə rastlaşsam mən də bir
çox qiz kimi sənin dərin mavi
gözlərində boğulacam...
Sənə sıradan oğlan
deyirdim,amma əgər sıradan
oğlan olsaydın hər rastlaşdığım
oğlanda hər tanıdığım oğlanda
səni görməzdim...
Hər dəfə sənə baxanda üzümü
çevirirdim çünki sevincimi
həyəcanımı,gözlərimdəki
sənsizliyimi görməni
istəmirdim....
Səninlə yaxın olmaq ünsiyyətdə
olmaq belə istəmirdim çünki
əllərimin titrəməsini,ürəyimin
yüksəkdən döyünməsini
eşitməni istəmirdim...
Ürəyimdəki sevgini dillərə tökə
bilməyəcəyim üçün qorxduğum
üçün istəmirdim....
Yanımdakı insanlar sənin
haqqında danışanda söhbəti
dəyişdirirdim...Çünkı qorxurdum
ki,sevgilin olduğunu deyərlər....
Bu kəlmədən " sevgilisi var "
sözündən bu sözü eşitməkdən
elə qorxurdumki....
Ətrafımdakı bütün qızlar səni
istiyirdi mən isə elə bilirdim
ki,yox amma sonralar hər gecə
oturub sənin pəncərənə baxıb
yanan işıqları seyr etdiyimi
Yanında olan hər bir qızı nəcə
qısqandığımı anladım....
Mən səni heç sevmədim....Belə
sevgi olar? deyə hər gecə
suallar verirdim cavabını yaxşı
bilsəmdə bunu qəbul edə
bilmirdim...
Sonra nə oldu?
Sən getdin.......
Məni buralarda qoyub arxana
belə baxmadan getdin...
Artıq heç kimin yadında
deyilsən nə sənin dərdindən
ölən qızların,nə də
digərlərinin....
Mənsə hər gecə oturub sənin
pəncərənə baxıram....
Sadəcə sənə bunu demək
istərdim... Gözlərinin içinə baxıb
ancaq bu sözü demək
istərdim...
Mən.....Mən Səni Heç
Sevmədim......

[cavab]

pol **Tarla** 23 Noy 2012 / 02:17
axi dimirsende bunlari haradan yazirsan

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2012 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az