MÜDRIKLƏRIN SEVGI HAQQINDA DÜŞÜNCƏLƏRI
Memo
23 Noy 2012 / 01:44
İlk məhəbbətin bütün sehri
ondan ibarətdi ki, sən hələ
bilmirsən ki, ondan sonra
ikincisi olacaq.
B.Dizraeli
Dünyada ən böyük xoşbəxtlik,
əmin olmaqdır ki, sizi sevirlər,
sizin özünüzə görə sevirlər,
daha dəqiq desək, sizə ragmən
sevirlər.
V.Hüqo
Hər bir sevgi əbədi olmaq
istəyir.
E.M.Remark
Heç sevgi ilə ağılın ümumi bir
cəhəti varmı?
İ.V.Höte
Sevgi hər zaman dünyaya
həddən artıq dar baxış
deməkdir.
F.Bekon
Mələklər bunu ilahi zövq,
şeytanlar cəhənnəm əzabı,
insanlar isə sevgi adlandırdılar.
H.Heyne
Məhəbbət təbiət kimidir, ilk
soyuqlar daha çox hiss olunur.
P.Bruast
Zəruri olanda- birlik, şübhəli
olanda – azadlıq, hər şeydə
məhəbbət var.
A.Avqustin
Hamımız məhəbbər üçün
doğuluruq, bu varlığın prinsipi
və yeganə məqsədidir.
B.Dizraeli
Məhəbbət olan yerdə insanı
sındıra biləcək əzab-əziyyət
yoxdur.
F.Dzerjinskiy.
Bir kişinin bir qadına aşiq olması
kifayət oldu ki, dünya indi
olduğu kimi olsun.
Volter
Əgər siz sevdikləriniz uğrunda
özünüzü qurban verməkdən
başlarsanız, bu, özünüzü
qurban verdiklərinizə nifrətlə
bitər.
V.Hüqo
Sevgi ölümdən qoruya
bilmirsədə, heç olmazsa ,
həyatla barışdırır.
H.Senkeviç
Əgər insan 40 yaşınadək aşiq
olmayıbsa, o, bundan sonra
daha aşiq olmasa yaxşıdır.
B.Şou
Sevginin dünəni yoxdur və
sabahı haqqında düşünmür.
H.Heyne
Əgər səni heç kim sevmirsə,
dünyada yaşamaq ağılsızlıqdır.
M.Qorkiy
Həyat o qədər məharətlə
qurulmuşdur ki, nifrət etməyi
bacarmadan, qəlbən sevmək
olmaz.
M.Qorkiy
Əsl məhəbbət xəyala bənzəyir;
hamı onun haqqında danışır,
lakin çox az adam onu görüb.
F.Laroşfuko
Tale insana qarşı nə qədər
qəddar olsada, insan nə qədər
tərk edilmiş və tənha olsada,
hər zaman, bəlkədə ona məlum
olmayan, lakin qəlbinin
harayına cavab vermək üçün
açıq olan, onu sevən bir qəlb
tapılar.
H.Lonqfello
Sevir, çünki sevir, sevmir, çünki
sevmir – hisslərin və
ehtirasların məntiqi qısadır.
A.Hersen
Sevmək başqasına yaxşı hesab
etdiyin nemətləri arzulamaqdır,
həm də özün üçündeyil,
sevdiyin üçün arzulamaq və
mümkün qədər onu bu nemətlə
təmin etməkdir.
Aristotel.
Dostluqdada, sevgidədə əvvəl-
axır hesablaşmaq vaxtı gəlir.
B.Şou
Həyat - çiçəkdir, sevgi isə - onun
şirəsi.
V.Hüqo
Məhəbbət – ideal, nigah – real.
Real və idealın qarışdırılması
heç vaxt cəzasız ötüşmür.
İ.V.Höte
Sevgi – ali sözdür, yaradılışın
harmoniyası onu tələb edir,
onsuz həyat yoxdur və ola da
bilməz.
A.Hertsen
Məhəbbət – nə keçmişi nə də
gələcəyi tanımayan yeganə
ehtirasdır.
O.Balzak
Sevgi – xeyirxah, ali, güclü, isti
və işıqlı olan hər şeyin
yaradıcısıdır.
F.Dzerjinskiy
Sevgi hər şeyə qalib gəlir, eləsə,
gəlin biz də onun hökmünə
tabe olaq.
V.Publiy
Hər zaman bir-birinizi bütün
qəlbinizlə sevin. Dünyada
sevgidən savayı demək olar ki,
heç nə yoxdur.
V.Hüqo
Bütün dünyada sevgi danışmaq
həsrətindədir, lakin cürət etmir,
çünki utanır.
B.Şou
Sevgidə yeganə qələbə
qaçışdır.
N.Bonapart
Ahıl yaşda eşq eybə çevrilir.
O.Balzak
[cavab]
nina*
23 Noy 2012 / 01:49
hamisi maraqlidi twk...en cox beyendiklerim V.Huqonun dedikleri bi de F.Larowfukonun dediyidi))
[cavab]
BLACK_ANGEL
23 Noy 2012 / 02:02
Nopoleon bonopoart sevgi haqqinda deybki,SEVGİDE EN YAXWİ YOL QAÇMAQDİR.BUNUNLA RAZİ DEYLEM.
DÖYUWUN,MUHARİBE EDİN,MEĞLUB OLUN,AMMA SEVMEYİN!BAX BUNUNLA RAZİYAM
[cavab]
cirkin*melek
23 Noy 2012 / 02:03
cox gozel Memo... hersinde dusunduren bir fikir var! Ellerin dert gormesin))
[cavab]
cirkin*melek
23 Noy 2012 / 02:04
BLACK_ANGEL, mende raziyam!!!
[cavab]
BLACK_ANGEL
23 Noy 2012 / 02:04
İlk sevgi peyvend kimidir.2ci sevgide xestelenmeyesen deye.bu da menden twk MEMO
[cavab]
BLACK_ANGEL
23 Noy 2012 / 02:06
cirkin*melek,sag ol can
[cavab]
Bölmeye qayıt