..:: nologin ::.. Chox maraqlidir. ela hekayedir . qisadir oxuyun.
nologin
22 Noy 2012 / 21:19
Ən çətin anında səndən -”Bu günədək kiməsə nəsə yaxşılıq etmisən?” soruşanda gözünün qarşısından bütün həyatın kino lenti tək keçəcək… Bəlkə də o an ,kaş bu gününü yenidən geri qaytarıb kiməsə cüzi bir yaxşılıq etməyi arzulayacaqsan…Hələki gec deyil,əgər kiminsə sənin köməyinə,edəcəyin yaxşılığına ehtiyacı varsa,bunu əirgəmə.Oxu və nəticə çıxar
Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: ” Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən “. Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: ” Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın “.
Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır
[cavab]
ezim7
22 Noy 2012 / 23:18
pis deyil yaxsidir ve maraqlidir
[cavab]
Bölmeye qayıt