Uşaq olmaq isterdim ...

pol Memo 21 Noy 2012 / 22:44
Kaş ki həmişə uşaq qalsaydım...
Dinlədiyim hər nağılın ardından
həyatın şirin olduğuna
inansaydım və
inansaydım həqiqətən göydən
düşən almalara, inansaydım
kraliçalara, ifritələrə,
öpüldüyü zaman şahzadə olan
qurbağalara...
Kaş ki gerçəklərlə heç tanış
olmasaydım.
Məntiq deyilən o əsəbi çöhrəylə
heç qarşılaşmasaydım.
Böyük dəcəlliklər edib kiçik
cəzalar alsaydım...
Üzümdə heç azalmayan böyük
gülücüklər olsaydı,
məni təqlid etsəydilər və hər
kəs mənimlə
birlikdə uşaq olsaydı.
Ayaqqabı nömrəm iyirmi beşi
keçməsəydi...
Əllərim minicik, ayaqlarım kiçik,
lakin xəyallarım böyük olsaydı
və heç yıxılmasaydı.
Ölüm nədir bilməsəydim,
Hirs nədir görməsəydim,
yalan nədir eşitməsəydim,
ürəyim heç qırılmasaydı və ya
bunları heç anlamasaydım.
Uşaq olmaq istəyirəm...
Kaş ki uşaq qalsaydım
Ovucuma dənizi doldura
bilsəydim,
quşlar kimi azadca uça
bilsəydim,
xəyallarla yaşasaydım,
nağıllarda gəzsəydim,
Kaş ki istədiyim zaman
oyuncaqlarımla oynaya
bilsəydim,
istədiyim zaman istədiyim
sənəti seçə bilərdim.
Kaş ki bir gün mən həkim ola
biləydim, bir gün hüquqşunas...
Baş barmağımı digərinə
dəydirib birdən-birə təkrar uşaq
olsaydım...
Kaş ki başımı yastığa hər
qoyduğumda anam hansı nagılı
oxuyum sənə sualını verəndə
seçim edə bilsəydim yuxusuz
gecələrdə tökülən
gözyaşlarıma.. Və dinləyə
bilməsəmdə yatıb qalardım...
VƏ KAŞ Kİ HƏMİŞƏ UŞAQ
QALSAYDIM QANAYAN ÜRƏYİM
DEYİL DƏ DİZLƏRİM OLSAYDI..

[cavab]

pol KayipPrenses 22 Noy 2012 / 00:25
Cox tesirlidi:((( Kaw ki, heyatimizda kaw kiler hec olmasaydi.
red. KayipPrenses (22.11 /00:26)

[cavab]

pol nina* 22 Noy 2012 / 23:53
qayit uwaqligim,qayit bir anliq(((

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1357 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az