Muəllim:ZAMAN.... Şagird:MƏN
Memo
21 Noy 2012 / 22:32
Həyatımın gündəliyi olsaydı
orada 2 qiymətinin sayını
itirərdim.Məktəbdə 2 alanda
gündəliyimi valideynlərdən
gizlədərdim. Həyatda 2 alsam o
günləri necə gizlədim?
2 olan gündəlik səhifəsini
cırardım. Bəs 2 qiymətinə layiq
bilinən həyat səhifəsini cıra
bilərdimmi?
Məktəbdə 2 alanda anam
danlayar, atam isə nadincliyimə
gülərdi.
Həyat gündəliyimə 2 yazılanda
anam ağladı, atam susdu, mən
isə qismətimə güldüm.
Mən 3 almağı öyrəndim çünki,
3ün başını silib 5 edə bilirdim.
Həyatın acı səhifələrinə
yalandan güldüyüm kimi.
Mən axı savadsız deyildim. Bəs
niyə əlaçı ola bilmirdm?
Mən 4 almağı öyrəndim çünki "
4(yaxşı)" yazırdılar. Ən azından
mötərizə də belə olsa "yaxşı"
deyirdilər. Dırnaq içində qeyd
etdim çünki həyatımın
gündəliyində mənə bu qiyməti
ZAMAN əzabla yazdı.
Valideyn iclası oldu. Müəllim:
qızınız çox zəifdi, oxumur-
söylədi.
Həyatımda da iclas oldu.
Müəllim ZAMAN: sən məni
dinləmirsən, elə hey keçmişə
boylanırsan, mənimlə gələcəyi
görmürsən. Sən iradəlisən
lakin...
Dözmədim " sus" dedim və buz
tutmuş əllərimi ZAMANa
uzatdım...Yazdırdım həyat
gündəliyimə 5 qiymətini.
Rüşvətlə deyil,qanımla. Xahişlə
deyil, canımla. Minnətlə deyil,
ağlımla.
Anam güldü, atam bağrına
basdı, mən isə ağladım, silmədi
ZAMAN çünki ilk sevinc göz
yaşım idi...
[cavab]
DAVID_VILLA
21 Noy 2012 / 22:36
Memo, salam
[cavab]
Memo
21 Noy 2012 / 22:44
DAVID_VILLA,eleykim salam.
[cavab]
KayipPrenses
22 Noy 2012 / 00:22
Derinden duwunende cox gozel menalidi. Twk ellerin derd gormesin.
[cavab]
Bölmeye qayıt