ALLAHA məktub

pol Memo 21 Noy 2012 / 21:46
Rauf səhər işə getməyə
hazırlaşırdı. Maşını qarajdan
çıxardarkən qızını, Sona yolla
gedən gördü. Əynində gözəl bir
don, əlində isə bir məktub var
idi.
-- Hara gedirsən?
-- Mən...mən....ata, mən poçta
gedirəm.
-- Niyə?
-- Bu məktubu göndərməliyəm
-- Ver mənə mən göndərərəm
sənin üçün
Bir an balaca qız çəkindi amma
axır ki, məktubu atasına uzatdı.
Atası qoydu maşının qabaq
oturacağına, qızına əl elədi və
yola düşdü.
İşdə oturarkən məktub Raufun
gözünə dəydi. Üstündəki ünvanı
oxudu:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu.
Əziz Allah baba,
Bu mənim sənə birinci
məktubumdu. Anam həmişə
deyirdi ki, sən uşaqları sevirsən
və onların dualarını tez
eşidirsən. Mənim anam 7ci ad
günümdən 3 gün sonra vəfat
etdi. Ona kimi həmişə xoşbəxt
idim, amma indi çooox
qəmliyəm. Atam həmişə
mənimlə oynayardı, mənə kitab
oxuyardı, amma indi heç
mənimlə danışmır. Səhər
tezdən işə gedir, axşam isə
mən yatandan sonra qayıdır.
Xalam deyir ki, artıq içməyə də
başlayıb.
Xahiş edirəm Allah baba,
mənim anamı qaytar. Onsuz bu
evdə yaşamaq istəmirəm. Hər
gün məktəbə gedəndə sinif
yoldaşlarımın analarını
görürəm və məni ağlamaq
tutur. Nə olar Allah baba, anamı
qaytar. Əgər o artıq mələkdirsə
və onu qaytara bilmirsənsə
onda məni də götür apar.
Anamı necə apardın məni də
elə apar.
Mən yaxşı qızam. Anamdan
soruş deyəcək. Həmişə
dərslərimi edirəm və otağımı
yığışdırıram. Söz verirəm ki,
sənə heç bir narahatçılıq
törətməyəcəm. Səni
gözləyəcəm!
Səni sevən, Sona..
Rauf məktubu bir yox üç dəfə
oxudu. Bir az sonra, vəfat etmiş
həyat yoldaşı ilə ilk dəfə tanış
olduğu yerə getdi. Orda böyük
bir ağac var idi. Ağaca baxa
baxa bir neçə saat qızının
yazdığı barədə fikirləşdi. Həm
özünə həm də həyat yoldaşına
söz verdi ki, dəyişəcək.
Altı Ay Sonra:
Sona artıq yerində yatmışdı.
Rauf onu yuxudan oyatmaq
istəyəndə çarpayının yanında
bir məktub gördü. Ünvanı belə
idi:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu:
Əziz Allah Baba,
Bu sənə ikinci məktubumdu.
Bilirəm ki birinci məktubumu
almısan. Sənə təşəkkürümü
bildirmək istəyirəm. Düzdü
anamı mənə qaytarmadım,
məni götürüb aparmadın,
amma atamı dəyişdin.
Bilirsən Allah baba, mən indi
onun otağında yatıram. Gecələr
mənə nağıllar oxuyur, mənimlə
danışır, gülür, və hər səhər
üzgüçülüyə gedirik. Axşamlar
isə, maşınla şəhəri gəzirik.
Daha içki içmir. İstəyirsən
xalamdan soruşarsan. Bilmirəm
sənə necə təşəkkür edim, Allah
baba, çox sağ ol!
Səni Sevən, Sona..

[cavab]

pol Memo 21 Noy 2012 / 22:18
SweeT_(Love), ???

[cavab]

pol PRINCESS 22 Noy 2012 / 00:57
cox sagol bu gozel movzulara gore

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2001 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az