Carlz Darwin
NARDARANLl
17 Apr 2015 / 10:05
İslam dini insanları fərdi və ictimai məslələrdə
diqqətli olmağa , insanlığın yaradılış fitrətindən
çıxmamağa dəvət edir. Hələ heç bir din və
məktəb İslam dini qədər insanları elmli olmağa
dəvət etməyib. İslam tarixinin ilkin əsrlərində
islam alimlərinin dünya səviyyəsində etdiyi
kəşflər nəzərə çarpsa da lakin sonralar tənəzzülə
uğramış və islam alimlərinin kəşflərini qeyriləri
mənimsəyərək tərəqqiyə varmışlar. Allahın izni ilə
bu barədə gələcəkdə geniş bir məqalə qeyd
edəcəyik.
Bu məqalə silsiləli olacaq . Araşdırmamız İslamın
islamdan kənar olan alimlərə münasibəti barədə
olacaq.Araşdırmamızı ilk olaraq on səkkizinci
əsrin əvvəllərində (1809) yaşamış böyük
təbiətşunas alimi Çarlz Darvin ilə başlamaq
istəyirik. Darvin dedikdə ilk olaraq ağıla təkamül
nəzəriyyəsi ilə yanaşı “O olmasın,bu olsun ” filmi
gəlir. Bu məqamda ateizmin təbliğ zamanı
istifadə etdiyi bir metodu qed etmək yerinə
düşərdi ki, onlar dünyaca tanınmış şəxslərin
alnına ateist damğası yapışdırıb, bu vasitə ilə
insanları allahsızlığa cəlb edirlər. Həyatda özünə
ideal və ülgü axtaran insanlar da onların bu
üsulunun qurbanına çevrilirlər.
Araşdırmamızı məhz Darvindən başlamağımızın
xüsusi səbəbi var. Bu böyük alimin həyatını
mütaliə edərkən diqqətimizi bir neçə məsələ
çəkdi. Məqalənin tutumunu nəzərə alıb qısaca
onlara toxunacağıq. Onlardan birincisi budur ki,
Darvin ruhani ailədə dünyaya göz açıb. 1827 ci
ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə
daxil olmuşdur. Düzü bunlar yetərli səbəb olmasa
da amma diqqəti Darvinə yönəltməyə kifayət
edir. Darvinin həyat və yaradıcılığını araşdırarkən
, insan bu böyük alimin ateist olmadığı və
nəzəriyyələrinin heç birinin İslam və Qurana zidd
olmadığı qənaətinə gəlir. Araşdırmanı bu qısa
məqalədə qeyd etməyə imkan olmadığından
nəticəni qısa şəkildə qeyd edəcəyik. İlk olaraq
Çarl Darvin dostu və qızı ilə yazışdığı
məktublarda Allahı inkar etmədiyini və təkamül
nəzəriyyəsinin Allahı inkar etməklə heç bir
əlaqəsi olmadığını qeyd edir.
QURAN DARVİNİ TƏSDİQLƏYİR.
Çarlz Darvinin bir sözünə görə ona ateist
damğası vurublar . O deyir ; “Mən bu incilin
Allah tərəfindən nazil olmasına və İsanın Allahın
oğlu olmasına inanmıram”. Halbuki Darvinin bu
cümləsi Qurani Kərimdə təsdiqini tapır. Allah
müqəddəs Quranda incilin insanlar tərəfindən
dəyişdirildiyini qeyd edərək, İsanın Allahın oğlu
olmasını ümumiyyətlə belə bir işin Allaha nisbət
verilməsini rədd edir. Çarl Darvin də elmi
sayəsində incili oxuyaraq orada bəşər əli ilə
yazılmış cümlələri görüb və Allahın məqmını
tanıyaraq ona övlad nisbət verilməsini inkar edib.
Qurani Kərim Darvinin “Təkamül” nəzəriyyəsini
də təsdiq edərək , hər bir məxluq yaradılışdan
sonra kamil sifətinə doğru hərəkət etdiyini qeyd
edir və bu təkamül müddətində uyğunlaşma
prosesini də xüsusi olaraq vurğulayır. Yəni insan
yaşadığı zamana və mühitə uyğunlaşır.
“İnsanın meymundan əmələ gəlib” cümləsinə
gəlincə, Darvinin kitablərinın heç birində belə bir
cümləyə rast gəlmək mümkün deyil. Çünki Darvin
belə bir nəzəriyyə irəli sürməyib. O təbiətşunas
alimi idi və 23 il ərzində təbiətdə incələmə
aparıb. 23 il ərzində incələdiyi bitki və heyvanat
sinifləri barəsində bir kitab yazıb. O həmin
araşdırmada meymun növlərinin birinin
(şimpanze) insan ilə sıx əlaqəsi olduğunu
( xromosom və quruluş cəhətdən) kəşf edib
amma bunu tam olaraq insanlara çatdıra
bilməyib. Müqəddəs Qurani Kərimdə Allah bir
qrup insanı , Allahın əmrini pozduqları üçün həqir
meymunlara çevirdiyini qeyd edir.Eyni zamanda
Darvin yaradılışın sudan yarandığını qeyd edir.
Allah Müqəddəs Qurani Kərimdə Ənbiya
surəsinin 30 cu ayəsində buyurur "Məgər kafirlər
göylərlə yer bir olduğu zaman Bizim onları bir-
birindən araladığımızı, hər bir canlını sudan
yaratdığımızı görmürlərmi? Yenədəmi
inanmırlar?"
[cavab]
XsTyLe
17 Apr 2015 / 18:59
ay qa 1809 19 cu esrdi
[cavab]
by_vaxa
17 Apr 2015 / 20:52
XsTyLe, xeyr bu bele deyil il-1809 əsr-19
[cavab]
xScream
17 Apr 2015 / 20:56
düz deyir. 1809 19-cu esirdi
[cavab]
Fermer_Dayi_7
17 Apr 2015 / 20:57
Gozal
[cavab]
Bölmeye qayıt
0.1463 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az