Bir istekan su (oxu maraqlidi)
Creative
14 Apr 2015 / 00:33
Soyuq dekabr günlərindən biri idi. Təhsilhaqqını
ödəmək üçün xırda məişət əşyaları satan balaca Adəm
həm aclıqdan, həm də yorğunluqdan tir-tir əsirdi.
Aclığıa tab gətirməyib ömründə birinci dəfə tanımadığı evin qapısına yaxınlaşır. Özündə güc tapıb soyuqdan
donmuş balaca əlləri ilə qapının zəngini basır. Qapını cavan qadın açır. Adəm özünü itirdiyindən, nə edəcəyini bilməyib bir stəkan su istəyir. Amma qadın onun ac olduğunu başa
düşür, tez evinə qayıdır və bir stəkan isti süd gətirir. Adəm südü iştahla içir və dərhal nə qədər verəcəyini soruşur. Qadın deyir:
- "Heç bir şey, anam bizə xeyirxah işlərə görə kimsədən pul almamağı tapşırardı." Adəm təbəssümlə deyir:
- "Onda mən sizin mehribanlığınıza görə Allaha dua edəcəyəm."
Adəm oranı tərk etdiydən sonra özünü gümrah hiss etməklə yanaşı, Allaha olan imanı və etimadı da güclənir. Üstündən neçə-neçə illər keçir. Adəmin yaşadığı məhəllədə çox şeylər dəyişilir. Həmin qadın qocalıb xəstəlik yatağına düşür. Yerli həkimlər qadının dərdinə əlac tapa bilməyib şəhərin yerli xəstəxanasına göndərirlər. Xəstaxananın baş həkimi Adəm Zəkir xəstəni müayinə etmək üçün baş məsləhətçi olaraq dəvət olunur. O, xəstənin haradan gətirildiyini eşidəndə ağır keçirdiyi uşaqlıq illəri gözləri önünə gəlir. Adəm palataya daxil olduqda o saat bir vaxtlar ona mehribanlıq göstərən
qadını tanıyır. Həkimlərlə məşvərət etdikdən sonra qadının müəyyən olunmayan xəstəliyinin
müalicəsinə xüsüsi diqqət göstərməyə başlayır. Nəhayət, xəstəliyin səbəbləri müəyyən edilib müalicə olunur.
[cavab]
Creative
14 Apr 2015 / 00:35
Ardi. . .
Doktor Adəm Zəkir qadının xəstəxana hesabını ona gətirmələrini xahiş edir. Qəbzə nəzər saldıqdan sonra altında nə isə yazıb öz imzasını qoyur və bundan sonra onun qadına verilməsinə icazə verir. Qadın zərfi aldıqda onu açmağa belə qorxurdu. Çünki yoxsulluq onu olduqca ağır vəziyyətə salmışdı. O, köhnə evi satsaydı belə, yenə də qeyd olunan məbləği
ödəyə bilməyəcəkdi. Qadın üzünü Allah dərgahına tutaraq, Ondan kömək diləyir. Özündə cəsarət tapıb zərfi açır və dərhal məbləğə nəzər salır. Məbləğin altında əl ilə yazılan bu sözləri oxuyur;
- "Müalicə pulunuz bir stəkan süd ilə ödənmişdir." Heyrətə gələn qadın dərhal bir vaxtlar süd verdiyi balaca oğlanı xatırlayır. Gözləri yaşla dolur və nə edəcəyini bilmir. Titrək səslə dəfələrlə bu sözləri təkrar edir: -"Allahım, şükür olsun Sənin kərəminə. Sən nə qədər böyük, nə qədər əzəmətlisən. Allahım şükür olsun
Sənin birliyinə. Allahım, Sən Öz bəndələrinə nə qədər mehriban və mərhəmətlisən."
Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Məhəmməd (s.a.a.s) buyurur: -"Kim öz halal qazancından saf niyyətlə,
hətta əgər bir xurma verərsə, Allah-təala onun əvəzini o qədər artırar ki, xurma dağ qədər böyüyər.
Əzizlərim əməyə hörmətən paylaşaq ki, hər kəs görsün bəlkə vəsilə olduq hidayətə... Allah razi olsun
[cavab]
RAMIL85
14 Apr 2015 / 00:41
ela qewey
[cavab]
MilanDa
14 Apr 2015 / 00:41
Allah razi olsun ellerin derd gormesin ibratemizdi her kese ders olsun
Allahim ele yucedirki bendesi unutsada Rebbim unutmaz yaxwiliq yaxwiliqla pislik pislike odenir Min Wukur.....
[cavab]
Creative
14 Apr 2015 / 00:50
MilanDa, Deymez. . . hami bele maraqli seyler paylassa ela olar. . .
[cavab]
Fermer_Dayi_7
14 Apr 2015 / 03:36
Ehsen
[cavab]
_AGUERO_
14 Apr 2015 / 03:58
[cavab]
Miss_Angel
14 Apr 2015 / 07:37
Allah razi olsun.
[cavab]
Creative
14 Apr 2015 / 09:55
AMIN. . .
[cavab]
Creative
14 Apr 2015 / 09:56
Dostlar bagisdiyin movzunun adi "Bir Stekan Sud"-du
[cavab]
Bölmeye qayıt