_Viran Azərbaycan_

pol Sago 20 Noy 2012 / 02:41
İrəvanda xal qalmadı oxuma gəl
İrəvanın özü xaldı Vətənimin ürəyində
Ay Xannənə Təbrizdə şal toxuma gəl.
Təbrizimdə doğulacaq hər oyanış,
Boğulubdur bələyində.
Qarabağda məğlub olduq deyəmmirik.
Axtarırırq kim satıbdır.
Dəmirqapı Dərbəndin də qapıların döyəmmirik.
Pas atıbdır.
Nə zamandır Borçalıda olan
Darvaz yaddan çıxıb.
Zəngulələr moda minib,
Nərələrdə yatan avaz yaddan çıxıb.
Şuşanın da dağlarında duman qalıb.
Xarı bülbül bağımızda bitmir daha
Tikan qalıb.
İrəvanda xal qalmadı oxuma gəl.
İrəvandan doğru qaçıb, yalan qalıb.
Ana deyil arzulara Qarabağım.
Anadırsa bəs nə üçün viran qalıb?
Qarabağa məhbub, canan deyən şair!
Sədaqətli aşiq yarsız qalmır axı.
Ay qəhrəman babaları öyən şair!
Qəhrəmandan məğlub övlad olmur axı!
Qarağa quzğun başın üstə Yenə “qar-qar” qarıldayır.
Bu dəfə də şimalında
Qan ləkəsi parıldayır.
Toy düyündə “Sarı gəlin” oxumağın,
Bəsdi daha!
Özünə dön, özünə dön!
Öz içində özgələrə satılanlar,
Səbrimizi kəsdi daha!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1766 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az