Ayıra bilmirik haqqı nahaqla..

pol *_NeYTRoN_* 9 Apr 2015 / 21:44
Vəzifə başında doldurur tası,
Var hər bir rayonda bağı, villası,
Zəhmətkeş çobanı, fağır ustası,
Külfətin saxlayır bircə otaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Elmdən bisavad tez dönür çənə,
Elm yox, axmaqlıq öyrədir sənə,
Lovğalar özünnən dəm vurur yenə,
Yorğanı düz gəlmir hətta ayaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Ehtiras hissidi qəlblərin buzu,
Dubaya bir gedir anayla qızı,
İndi reytinq üçün porno ulduzu,
Porno film çəkir körpə uşaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Anadan savayı yoxdur heç kəsi,
Yataqdan eşidilir anasının səsi,
İndi qızım deyir ona özgəsi,
Doğmalıq eyləyir yadla, uzaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Dinə şəkk gətirdi bir neçə üzlər,
Qəlbi tək sızladı, ağladı gözlər,
Məktəbdən qovuldu hicablı qızlar,
Çək üznə örpəyi gizlincə ağla..
Ayıra bilmirik haqqı nahaqla..
Kişilik, mənlikdən söz demir qəti,
Deyirdi papaqdı kişi qeyrəti,
Başında olardı qeyrəti, indi,
Bayramda qoz-fındıq yığır papaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Fahişənin həyatda varmı bir rolu ?
O artıq seçibdir bu həyat yolu,
Bədənin soyudan qəlb soyuqluğu,
İsinmir bədəni isti qucaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Din ilə ticarət olubdur əlbir,
Yeni din yaranır qazanca dair,
Özünə din seçir Allaha xatir,
Uzun saqqalıyla, qısa balaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Koroğlu, Babək tək igid ərlərin,
Qoruyub torpağın Oğuz ellərin,
Cəsur igidlərin, mərd şəhidlərin,
Qayıdacaq ruhları bil Qarabaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Ölçürəm haqqı mən qapan gözümdə,
Üstünlük görsənir haqlı sözümdə,
Gəzirəm indi mən haqqı özümdə,
Səsli düşüncələrlə, səssiz otaqla..
Ayıra bilmirik haqqı nahaqla..
Ayıra bilmirik haqqı nahaqla..

[cavab]

pol sedat 9 Apr 2015 / 21:51
heqiqeten di

[cavab]

pol TENHA_MEZAR 9 Apr 2015 / 21:52
cox gozel superdi yazan insana halaldi ..

[cavab]

pol *_NeYTRoN_* 9 Apr 2015 / 21:54
Belkede çoxu sonacan oxumayacaq.

[cavab]

pol sedat 9 Apr 2015 / 21:58
*_NeYTRoN_*, axiracan oxudum... Cox xowuma geldi... Ramiz Sefaninin bele bir weiri var idi.. "De nece bariwim men bu zamanla"-adli weir.. Ona benzeyir..

[cavab]

pol *_DeMaQoN_* 9 Apr 2015 / 22:53
YAXWI WEIRDI RAMIZ TEKANININ WEIRI ILE UYQUNLUQU VAR.

[cavab]

pol Huseynzadehh 9 Apr 2015 / 23:15
he Ramiz tekanin weyrine benzeyir onlarin tojduynu yigmagda urey isteyr yazan eller var olsun

[cavab]

pol *_MoonWaLker_* 9 Apr 2015 / 23:35

[cavab]

pol Umid12 10 Apr 2015 / 00:58
*_NeYTRoN_*, ellerin var olsun qaqasim birinci oxumadim amma senin sözünü görenden sonra hamisini oxudum heqiqeten de eladi

[cavab]

pol Creative 10 Apr 2015 / 01:18
tewekkur umman)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2077 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az