Kiçiy bir seir..(=KraL=)
(=KraL=)
9 Apr 2015 / 02:09
Tək bunu anladım bir neçə ildə,
Həyat dedikləri oyunmuş məgər...
Qəlbimiz oyuncaq olmasa bəlkə,
Sevginin uğrunda ölməyə dəyər...
O qədər ayrılıq gördü gözlərim,
O gözü ömürlük bağlayacam mən.
Bəlkə də nə vaxtsa səndən uzaqda,
Sənli günlərimçün ağlayacam mən...
Bu qədər oynamaq olmaz ürəklə,
Elində o qədər oyuncağın var.
Sən artıq balaca uşaq deyilsən,
Basqa ürəklər də oyuncaq axtar...
Unutma sən məni sevdiyin qədər,
Bir daha heç kimi sevməyəcəksən.
Bu həyat belədir, deyə bilmərəm
Nə vaxtsa qəlbimdə ölməyəcəksən..
Gah mesaj yazırsan, gah zəng edirsən,
Artıq ürəyimdən silinmisən sən.
Səninçün əvvəlki uşaq deyiləm,
Aldana-aldana böyümüşəm mən...
Mən səni bəlkə də bağışlayardım,
Artıq qoymamısan bir ümid yeri.
Axan göz yaşlarım haramın olsun.
Halallıq almağçün qayıtsan geri...
Utanmaz-utanmaz gülürsən hələ,
Bəlkə də ölmüşəm, xəbərin yoxdur.
Söz düşsə sevgidən, nə deyəcəksən.?
Sənin ki sevməyə hünərin yoxdur...
Başqa bir sahilə yan almayacaq
Sevgi limanında duran gəmilər.
Sən nə danışırsan, məhəbbət nədir.?
Nifrətə layiqdir sənin kimilər...
Nə vaxtsa üz-üzə gələ bilərik,
Bu böyük küləklər şəhərində biz.
Nə sən danışarsan, nə mən dinərəm,
Bizdən inciməsin olen sevgimiz....
[cavab]
*_SenMenimseN_*
9 Apr 2015 / 10:51
qaqa
[cavab]
Huseynzadehh
9 Apr 2015 / 11:10
yaxwidi :)
[cavab]
Omar
9 Apr 2015 / 13:40
Her işdə olduğu kimi bu şeirə də düzəlişlər olmalıdı.Məna var əladı..
[cavab]
Miss_Angel
9 Apr 2015 / 13:46
Menali şeirdir.Tşk
[cavab]
(=KraL=)
9 Apr 2015 / 13:57
Omar, ideal seir yazmag uchun ideal insan olmag lazimdi.
Siz sagolun oxudugunuz uchun.
[cavab]
Bölmeye qayıt
0.229 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az