Sən bu ahı mənə ver,qıldığım namazı sənə verim.
*_NeYTRoN_*
6 Apr 2015 / 11:34
İxlaslı bir mömin,bir səhabə
Peyğəmbərimizin(s.ə.s) qıldırdığı
namaza gecikir. Lakin namaza
gecikməsinə baxmayaraq, çatmadığı o
namaz ona ixlas qazandırır. Mövlana bu
hadisəni belə anladır:
-Məscidə girərkən görür ki,camaat
məsciddən çıxır. Soruşur:
-Namaz qurtardı ki, hər kəs məsciddən
çıxır?
-Peyğəmbər(s.ə.s) camaatla namazını
qıldı, duasını da bitirdi. Ey xam adam, hara
gedirsən?
Həzrəti Peyğəmbər(s.ə.s) çoxdan
salam verdi-deyirlər.
O elə bir ah çəkir ki, ahının dumanı
görünür. Elə bir ah çəkir ki, könlündən
qan qoxusu gəlir.
Camaatdan biri "Sən bu ahı mənə
ver,mən də qıldığım namazı sənə
bağışlayım" deyir.
O dərhal "Verdim, namazı da qəbul
etdim" deyir.
O biri o ahı və yüzlərcə niyazı alır. Gecə
yuxusunda ona belə deyilir:
-Sən abi-həyatı,dərdə dərman olan
əməli aldın. O ahı seçməyin, o aşiqlər
zümrəsinə girməyinin hörmətinə də
bütün camaatın namazı qəbul edildi.
[cavab]
SiMuS
6 Apr 2015 / 13:50
elaaaaaaaaaaaaaaaaa.superrrrrrrrrrrr
red. SiMuS (06.04 /13:51)
[cavab]
*_=(SoBrAnI)=_*
6 Apr 2015 / 14:12
qewengdi
[cavab]
NARDARANLl
6 Apr 2015 / 14:22
Ehsen
[cavab]
Ms_zekow
6 Apr 2015 / 14:48
Allah razi olsun
[cavab]
TENHA_MEZAR
6 Apr 2015 / 15:26
ALLAH Razi olsun.
[cavab]
Bölmeye qayıt