21 DEKABR-YERIN QARANLIQA QERQ OLACAGINI DEYENLER. OXUYUN.
Memo
19 Noy 2012 / 16:22
“Mayya təqvimində guya 2012-
ci ilin dekabrında bir neçə sutka
ərzində Yer kürəsinin qaranlığa
qərq olacağı ilə bağlı
məlumatlar verilib. Amma bir
astronom kimi bunu təsdiq
eləməyə və hansısa elmi hadisə
ilə bağlamağa bizim əsasımız
yoxdur”.
Bunu açıqlamasında
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) N. Tusi
adına Şamaxı Astrofizika
Rəsədxanasının Günəş və
Günəş-Yer əlaqələri şöbəsinin
müdiri Namiq Cəlilov deyib.
Onun sözlərinə görə, Yer o
halda qaranlığa qərq ola bilər
ki, o hansısa böyük kütləli
cisimlə toqquşa bilsin: “Əgər
Yerə tərəf hansısa böyük cisim
irəliləyirsə, bir neçə il əvvəldən
onun trayektoriyası dəqiq
hesablanır, onun Yerin
trayektoriyası ilə kəsişmə
ehtimalı qiymətləndirilir. Lakin
hazırda Yerə tərəf hərəkət
edən elə bir cisim yoxdur”. N.
Cəlilov deyib ki, Günəşdə baş
verən proseslər birbaşa Yerə
təsir etmək imkanına malikdir:
“Düzdür, Günəşin aktivliyi 11
illik maksimumuna yaxınlaşır,
amma ifrat dərəcədə böyük
partlayış olsa belə, o, Yeri nə
orbitindən çıxara, nə qaranlığa
qərq edə bilər. Hər şey öz
qaydasında gedir, Günəşdə
partlayışların sayı çoxdur,
amma fəlakətli partlayış
gözlənilmir. Gələn ildən
başlayaraq Günəşdə aktivlik
azalmağa doğru gedəcək. Ona
görə də bir astronom kimi mən
bu söhbətlərə elmi şərh
verməyə çətinlik çəkirəm. Çünki
bunun elmi əsası yoxdur. Əhali
arasında yaranan iğtişaşlar,
qorxular tamamilə əsassızdır.
Bir neçə il əvvəl “quş qripi”,
“donuz qripi” ilə bağlı da belə
şayiələr yayılmışdı. Əslində isə
məlum oldu ki, bunlar hamısı
yalandır, hansısa maliyyə
qruplarının mənafeyinə xidmət
edir. Belə söhbətlərin elmlə
bağlılığı yoxdur”..
ARTİQ ŞERHE EHTİYAC YOXDUR.
[cavab]
Mövzu bağlıdır
Bölmeye qayıt