Xosbextliyi nede görürem

pol Guclu_oqlan 30 Mart 2015 / 21:13
Əvvəlcə Allahdan həyat isdədim,o
mənə qaranlığı verdi. Sonra
Allahdan işıq istədim,həmin gün
mən doğuldum.Amma bu işıq çox
parlaq oldu və mən
qorxdum,ağlamağa
başladım.Allaha yalvardım ki,
məni qorusun,elə həmin dəqiqə
anam məni qucaqladı və mən
sakitləşdim.Sonra Allaha şükür
elədim,onda Allah mənim
gözlərimi açdı.Başladım
gülməyə,sonra böyüməyə, hər
kəs kimi.Və bir gün Allahdan
xoşbəxtlik istədim,amma səs
gəlmədi.Yenə dua etdim,yenədə
xoşbəxtlik gəlmədi.Onda anladım
ki xoşbəxtliyimi özüm
tapmalıyam. Və başladım
axtarmağa,gücdə,şöhrətdə,qızılda,kitabda,evimdə
hər yeri gəzdim dolaşdım,hər
kəsdən soruşdum.Amma hər
dəfə insanlar mənə səhv yolu
göstərdilər və hər dəfə xoşbəxtlik
sandığım qapıları var gücümlə
döyəndə qapıları açan
olmadı,açılanlarda da xoşbəxtlik
olmadı.Tapa bilmədim və yorulub
başladım qayıtmağa.Yolda
qoca,müdrik bir dərvişlə
rastlaşdım və dedim:
- Xoşbəxtlik yoxdu.O isə dedi:
- Sən onu qıraqda
axtarırdın,amma xoşbəxtlik sənin
içindədi.Mən inanmadım,onda
dərviş əlimi götürdü və sinəmə
qoydu,dedi:
-Qulaq as,döyüntünü eşidirsən,bu
sənin xoşbəxtliyindir,qapını
döyür,elə isə aç qapını...
Bəs siz xoşbəxtliyi nədə
görürsünüz?

[cavab]

pol _fizuli_ 30 Mart 2015 / 21:21
-

[cavab]

pol Miss_Angel 30 Mart 2015 / 23:56
Qaraqanin Prelud treki

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1342 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az