>>>Ana Seiri<<< xNaRKoTIK

pol xNaRKoTiK 24 Mart 2015 / 20:21
>>>Ana Seiri<<< Ağ tellərin saçlarına yaraşıq
Gözəllikdi üzündəki qırışıq
Həyatıma sənlə yanır hər işıq
Sənsiz həyat sönür, inan
anacan
Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.
Əsəbləşirdim mənə ərk
edəndə
Gec olacaq mən səni dərk
edəndə
Sinifdə qoyub məni tərk
edəndə
Axardı göz yaşım, dayan,
anacan
Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.
Sevindin əsgərlik yaşa
çatanda
Qayıdıb subaylıq daşın
atanda
Uşaqlıqda mən gecələr
yatanda
Lay lay deyirdin mənə can
anacan
Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.
Qız gəlin köçəndə yaşardı
gözün
Həm ağlayıb, həm də gülürdü
üzün
Kövrəldiyin gizlətsən də sən
özün
Edirdi gözlərin bəyan,
anacan
Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.
Dostum da var ki, anasız
yaşıyır
Çiyinləri üstdə onu daşıyır
Özü hər gün öz yarasın
qaşıyır
Deyir darıxmışam yaman
anacan
Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.
Ana ömrün fəda edib övlada
Fəqət özü yoxdu daha
dünyada
Nə gözlərin açır, nə bir səs-
səda
Oğul yenə edir güman
anacan
Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.
“Ana, sənsiz sönüb evin
çırağı
Bu cəzadır yoxsa həyat
sınağı?!”
Öpüb soyuq üzü, doğma
yanağı
Qızı pıçıldayır “oyan anacan”
Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.
“Ölüm ki var səni məndən
umubdu
Sənsiz damarlarımda qan
donubdu
Sanki başımın üstünə
qonubdu
Qonub çəkilməyən duman
anacan
“Yanımda ol mənim hər an
anacan
Ayırmasın bizi zaman
anacan.

red. xNaRKoTiK (24.03 /20:22)

[cavab]

pol MuSLiMaN_051 24 Mart 2015 / 20:24

[cavab]

pol *_SAKIT_OGLAN_* 24 Mart 2015 / 20:24

[cavab]

pol Ms_zekow 24 Mart 2015 / 21:32

[cavab]

pol royal 24 Mart 2015 / 21:45
qewey saqol halaldi
red. royal (24.03 /21:46)

[cavab]

pol PrOgRaMmEr* 24 Mart 2015 / 22:17
halaldi

[cavab]

pol PoRsHe_911 24 Mart 2015 / 22:34
Mübahsə olmasın

[cavab]

pol *_DeMaQoN_* 24 Mart 2015 / 23:45
Ozun yazibsan qardaw?

[cavab]

pol xNaRKoTiK 25 Mart 2015 / 00:26
Twk hamiya biraza daha da ozum yazdgim weyrleri yazacam

[cavab]

pol *_DeMaQoN_* 25 Mart 2015 / 00:45
Bunu ozun yazibsan?

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
1.3251 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az