.... (Qezel).....
*_DeMaQoN_*
24 Mart 2015 / 16:24
Sizmi deyim?
Sənə mən siz deyərəmsə, özümə biz mi deyim,
O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim?
Nə qədər ki, özümüzdən özümüz bixəbərik,
Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim?
Bilən heç kimliyini dəhrdə bir kim sayılar,
Bunu dərk eyləməyən insana aciz mi deyim?
Ayaq altında salar iz, deyilən söz havada,
Biri vardır, biri yox, iksinə də iz mi deyim?
Qara gündən ağaran saqqala, Pünhan, görəsən,
Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?
Baba Punhan
[cavab]
*_DeMaQoN_*
24 Mart 2015 / 16:25
Allah rehmet elesin. Super qezelxan idi.
[cavab]
RAMIL85
24 Mart 2015 / 16:28
super
[cavab]
*_NiKoTiN_*
24 Mart 2015 / 16:57
BABA Pünhan..
[cavab]
Bölmeye qayıt
0.1959 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az