ƏBƏDI SEVGI
Memo
18 Noy 2012 / 13:22
Bir ömür boyu səni sevəcəyimə,
sevgimin heç zaman
azalmayacağına, əksinə günü-
gündən artacağına,
Hər gün yerimdən qalxıb sənə
"Səni sevirəm" deyəcəyimə,
əlindən tutub səninlə dünyanın
hər yerinə gedəcəyimə,
Səni heç zaman
incitməyəcəyimə, bir dəqiqə
acılamaqla səndən bir gün
ərzində üzr istəyəcəyimə,
Səni heç zaman tək
buraxmayacağıma,
Hər zaman yolda gedərkən o
isti əllərindən tutacağıma,
sənsiz hər zaman
darıxacağıma,
Sənə heç vaxt gözümlə belə
olsun xəyanət etməyəcəyimə,
Başqalarının yanında səni
daima uca tutacağıma,
Səni dünyaların ən xoşbəxt
insanlarından edəcəyimə,
Yatdıgın zaman üzərində
fırlanan o mələklərin səni
qorusun deyə yalvaracağıma,
Sənə gözəl körpələr bəxş
edəcəyimə,
Onları hər zaman birlikdə
sevəcəyimizə və ALLAH yolunda
böyüdəcəyimizə,
Səni tək bu dünyada deyil, o
dünya üçündə qoruyacağıma,
Hər zaman sənə dua
edəcəyimə,
Səni də, özümü də o dünyanın
cənnətinə hazırlayacağıma,
Bəzi insanlar kimi sevgili
yolunda cəhənnəmə
gedəcəyimə deyil, səni də,
özümü də o cəhənnəm
əzabından uzaq edəcəyimə,
Sevgimizin bu dünyada deyil,
həm də o dünyada davam
edəcəyinə,
Bir sözlə sənə əsl, həqiqi, sevgi
dolu bir həyat bəxş edəcəyimə
və bu həyatın o biri dünyada da
davam edəcəyinə bir ömür
boyu ALLAHIN köməyi ilə əməl
edəcəyimə SÖZ VERİRƏM!
[cavab]
CUNAY
18 Noy 2012 / 14:26
ela
[cavab]
Bölmeye qayıt
0.1514 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az