BiRDə Qəzəl Yazmayacam(Röyal)

pol _RmA_muhuma7_ 16 Mart 2015 / 07:24

İncimə məndən,a gözəl,
Bir də qəzəl yazmayacam.
Anlamayırsansa qəzəl,
Bir də qəzəl yazmayacam.
.
Namə yazdım,eyləmə naz,
Sonda qəzəl vardı bir az,
Dedin,tərcüməsin də yaz,
Bir də qəzəl yazmayacam.
.
Dilin kobud,bel incədir,
Nə dildi bu,nə ləhcədir?
Deyirsən ki,ərəbcədir,
Bir də qəzəl yazmayacam.
.
Gözün ki var,sehrdi bu,
Sevgidi bu,mehrdi bu,
Dedin,çətin bəhrdi bu,
Bir də qəzəl yazmayacam.
.
Nifrət edirsən rəmələ,
Utanmayırsan da,hələ,
"Qazel" deyirsən qəzələ,
Bir də qəzəl yazmayacam.
.
Dürüst öyrən öz dilini,
Şeir,qəzəl stilini,
Oxumamısan Fizulini,
Bir də qəzəl yazmayacam..
.
Həle qəzəl də bir yana,
Çatmayır sənə meyxana,
Qulaq as Emraha,Tarkana,
Bir də qəzəl yazmayacam..
.
Görmüşük ki,gəlib hala,
Aşiq yardan ilham ala,
Mən belə hərdəmxeyala,
Bir də qəzəl yazmayacam...
.
Müəllif: Rauf Biləcərili

[cavab]

pol CrazY 16 Mart 2015 / 09:03
Ela eline saglig

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1473 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az