Qadının kişidən yaranması
Bacariqli
18 Noy 2012 / 00:31
Qadının kişidən yaranmasına dair müxtəlif hədislər
mövcuddur. O hədislərin məzmunu qadının kişinin
qabırğalarının birindən yarandığını bildirir. Həmin
hədislərin bəzisini qeyd edirik: Tavus Yəmani imam
Baqirdən (ə) soruşdu: «Həvvanı niyə «Həvva»
adlandırıblar?» Buyurdu: «Çünki qabırğadan, yəni
Adəmdən yaranıb».(Məclisi, c.11, səh.100)
İmam Sadiq (ə) buyurub: «Allah Adəmi
yatırdıb, onun əyri qabırğasından
Həvvanı yaratdı. Adəm oyandıqda
Həvvanı öz yatağında gördü». (Məclisi, c.15,
səh.33)
Bəzi təfsirçilər bu növ hədislərin təsdiqlənməsində
bəzi ayələrə söykənirlər. Onlardan birinə işarə edirik:
ﻳَﺎ ﺃَﻳُّﻬَﺎ ﺍﻟﻨَّﺎﺱُ ﺍﺗَّﻘُﻮﺍ ﺭَﺑَّﻜُﻢُ ﺍﻟَّﺬِﻱ ﺧَﻠَﻘَﻜُﻢْ ﻣِﻦْ ﻧَﻔْﺲٍ ﻭَﺍﺣِﺪَﺓٍ ﻭَﺧَﻠَﻖَ ﻣِﻨْﻬَﺎ ﺯَﻭْﺟَﻬَﺎ ﻭَﺑَﺚَّ ﻣِﻨْﻬُﻤَﺎ ﺭِﺟَﺎﻻ ﻛَﺜِﻴﺮًﺍ
«Ey insanlar! Sizi tək bir nəfsdən
(Adəmdən) xəlq edən, ondan da (həmin
yaratdığından) zövcəsini yaradan və
onlardan da bir çox kişi və qadınlar
törədən Rəbbinizdən qorxun!...» («Nisa»
surəsi, ayə 1)
Bu mübarək ayədə olan »«ﺧَﻠَﻖَ ﻣِﻨْﻬَﺎ ﺯَﻭْﺟَﻬَﺎ «ondan da zövcəsini
yaradan» ifadəsi zahirdə qadının kişidən yarandığına
dəlalət edir ki, bu Tövrat və bəzi hədislərdə deyilən
sözlərdən qaynaqlanır. Belə ki, nəql olunan hədislər
sənəd baxımından zəif hesab olunurlar. Deyilən
hədislər tam şəkildə Tövratda deyilən məzmunlarla
müvafiq olduğundan yəhudilər tərəfdən
saxtalaşdırılmış hədislərdir. Həmçinin, mövcud olan
başqa hədislər bu növ hədislərin məzmunu ilə
toqquşaraq onları inkar edir. Onlardan birini nümunə
olaraq qeyd edirik: Əbu Məqdam deyir: «İmam
Baqirdən (ə) soruşdum: «Allah Həvvanı nədən
yaratdı?» Buyurdu: «Başqaları nə deyir?» Dedim:
«Allah onu Adəmin qabırğalarının birindən yaradıb».
İmam (ə) buyurdu: «Yalan deyirlər. Məgər Allah onu
başqa bir şeydən yaratmaqda acizdirmi?» Dedim:
«Canım sənə qurban olsun. Bəs, onu nədən yaratdı?»
Buyurdu: «Atam öz atasından mənə belə xəbər verdi.
Peyğəmbər (s) buyurub: «Allah bir miqdar torpaq
götürüb onu qarışdırdı və ondan Adəmi xəlq etdi.
Sonra isə qalan torpaqdan Həvvanı yaratdı». (Səduq,
«Mən la yəhzəruhul-fəqih», c.3, səh.379 və
Təbatəbai, «Əl-mizan», c.4)
Həmçinin, bu məzmunda yəni, Allahın Həvvanı
Adəmin artıq qalan gilindən yaratdığına dair çoxlu
sayda hədislər vardır (Məclisi, c.11, səh.115, c.9,
səh.299) və bu növ hədislər əvvəldə söylənilən
hədislərlə toqquşaraq açıq şəkildə onları inkar edir
və belə bir işin Allahın qüdrət və məqamı ilə zidd
olduğunu bildirir. Həqiqətdə bu hədislər əvvəldə
söylənilən hədislərin saxta olmasını aşkar edir.
Nəticə olaraq bildirməliyik ki, ikinci növdən olan
hədislər birinci növ hədislərdən üstündür. Təfsir
alimlərinin çoxu ayədə qeyd olunan »«ﻣِﻦْ (min)
kəlməsinin «iştiqaqiyyə» deyil, «nəşviyyə» olduğunu
söyləyirlər. Yəni, Allah Adəmin zövcəsini onun
cinsindən yaratdı, bədəninin əzasından yox. Əllamə
Təbatəbai yuxarıda qeyd olunan ayə haqqında belə
demişdir: «Məqsəd budur ki, kişinin zövcəsi də onun
özü kimi həmin növdəndir. Buna əsasən, ayədə qeyd
olunan »«ﻣِﻦْ (min) kəlməsi «nəşviyyə»dir. Bu ayə açıq-
aşkar Quranın digər ayələri ilə («Rum» surəsi, ayə 21,
«Nəhl» surəsi, ayə 72, «Şura» surəsi, ayə 11) uyğun
gəlir. Yəni, «Sizin özünüzdən sizin üçün zövcələr
yaratdı, qərar verdi». Bütün deyilənləri nəzərə
alaraq, Quranın bu ayələrinin ikinci növ hədislərlə
uyğun gəldiyini demək olar.
[cavab]
Kover_zakonu
18 Noy 2012 / 00:57
Ilk werh menden.bacariqlisan!
[cavab]
Vita_Brevis
18 Noy 2012 / 02:18
yazan ellerin var olsun...
[cavab]
Bölmeye qayıt