“Mənim ürəyim təmizdir” deyərəkdini məsuliyyətlərini təxirəsalanlar böyük bir səhv edirlər
Bacariqli
17 Noy 2012 / 23:16
Allah insanlara dünya
həyatının qısa və keçici bir imtahan yeri olduğunu
bildirmiş, bu müddət ərzində Öz əmr və tövsiyələri
istiqamətində hərəkət etmələri lazım olduğunu
onlara xəbər vermişdir. Hər insan Allahın Quranda
əmr etdiyi ibadətləri yerinə yetirməklə məsuldur.
Ancaq bəzi insanlar Allahın özlərini məsul etdiyi
ibadətləri tətbiq etməmək üçün bir çox bəhanələr
uydururlar. Ən çox istifadə etdikləri isə ürəklərinin
təmiz olduğu və bu səbəblə də başqa bir şey
etmələrinin lazım olmadığı istiqamətindəki
bəhanədir.
Halbuki "ürək təmizliyi"nin yeganə ölçüsü Qurandır.
İnsan ancaq Quranda bildirilən ürək təmizliyini
yaşayırsa təmiz ürəkli sayıla bilər. Əks halda insanın
fərdi dəyər və mühakimələri istiqamətində özünü
təmiz ürəkli elan etməsinin heç bir əhəmiyyəti
yoxdur.
Quran əxlaqına görə ürək təmizliyi və səmimiyyətin
ən əhəmiyyətli göstəricisi isə Allahın əmr və
tövsiyələrini məmnuniyyətlə yerinə yetirməkdir.
Quranda bildirilən əxlaqı tam olaraq tətbiq etməyən
adam deməli, Allahdan lazımi qədər qorxub
çəkinmir. Lazımi qədər Allahdan qorxub-çəkinməyən
və "ürəyim təmizdir" deyərək dindən və Qurandan
uzaq qalanların axirətdə çox peşman olacaqları açıq
bir həqiqətdir. Çünki cənnətə ancaq Allahın Quranda
təmiz ürəkli və səmimi olaraq bildirdiyi insanlar
girəcək ki, onlar da Allahın əmr və tövsiyələrini
əksiksiz yerinə yetirən, Allah sevgisini və Allah
qorxusunu dərin bir şəkildə ürəyində hiss edən və
həyatının hər anında Ona yönələn ixlas sahibi
möminlərdir.
Möminlər ancaq o kəslərdir ki, Allah
anıldığı zaman onların qəlbi qorxuya
düşər, Onun ayələri onlara oxunduqda
imanları artar, yalnız öz Rəbbinə
təvəkkül edər, namaz qılar və Bizim
onlara verdiyimiz ruzidən (Allah
yolunda) xərcləyərlər. Onlar həqiqi
möminlərdir. Onlar üçün Rəbbi yanında
dərəcələr, bağışlanma və bolluca ruzi
vardır. (Ənfal surəsi, 2-4)
Kafir olanlar deyirlər: “Niyə ona
Rəbbindən bir möcüzə endirilməyib?”
De: “Şübhəsiz ki, Allah istədiyini
sapdırır. (Tövbə edib Ona) üz tutan
kimsəni isə doğru yola yönəldir”.
Bunlar, iman gətirənlər və qəlbləri
Allahı zikr etməklə rahatlıq
tapanlardır. Bilin ki, qəlblər ancaq
Allahı zikr etməklə rahatlıq tapır. İman
gətirib saleh əməllər edənlər üçün xoş
güzəran və gözəl qayıdış yeri
hazırlanmışdır. (Rəd surəsi, 27-29)
[cavab]
Kalxozcu
17 Noy 2012 / 23:44
Bacariqli,twk
[cavab]
PRINCESS
18 Noy 2012 / 07:28
tewekkurler,ne yaxsi ki men ibadet yolundayam
[cavab]
Bölmeye qayıt