Ana sevgisi
behbud
13 İyun 2012 / 01:47
Sakit, isti və günəşli bir gün idi.
Bir mələk cənnətdən qaçdı, yaşlı
dünyamıza endi və tarlalarda,
meşələrdə, şəhərlərdə və kiçik
kəndlərdə
dolaşmağa başladı.Günəş batar- batmaz qanadlarını açdı və:
'Ziyarətim bitdi, artıq işıq
dünyasına geri qayıtmalıyam.
Fəqət, buradan bir xatirəylə
dönmək istəyirəm.' -dedi.
Gözəl bir çiçək baxçasına baxdı və: 'Bu çiçəklər qədər gözəlini, bunlar
qədər xoş qoxanını görmədim.
Onun üçün xatirə olaraq bu
çiçəkləri götürəcəm' -dedi.
O sırada irəlidə, gülyanaqlı bir
körpə gördü. Körpə gülümsəyərək anasının üzünə baxırdı. B
unu görən mələk öz-özünə :
'Bu körpənin gülümsəməsi,
buketdən də gözəldi. Onu da
özümlə aparmalıyam.'
Bunları söylərkən, körpənin beşiyini, körpəyə və beşiyə bir sel
kimi axan anasının sevgisini
gördü mələk.
O anda yenə öz-özünə dedi:
'Ananın körpəsinə olan sevgisi bu
dünyada gördüyüm ən gözəl şeydi.
Bu sevgiyi də bərabərimdə
aparmalıyam.'
Bu üç xəzinəylə birlikdə cənnətə
doğru qanad açdı mələk. Cənnətin
qapısından içəri girmədən öncə: 'İçəri girməmiş, xatirələrimə bir
göz atım'- dedi.
Əlindəki buketə baxtdı, bütün
güllər solmuşdu.
Körpənin üzünə baxanda,
körpənin gülümsəməsi də yox olmuşdu.
Ananın sevgisinə baxdı, o bütün
gözəlliyi ilə yerində dururdu.
Solmuş gülləri və gülümsəməyi
cənnətin qapısında atdı və
qapıdan içəri girib cənnətdəki hər kəsi yanına çağırdı :
'Budur dünyada tapdığım və
cənnət qədər gözəlliyini itirməyən
tək şey - Ana sevgisi idi
[cavab]
Harun
13 İyun 2012 / 02:46
Cox yaxwi aferin sene.
[cavab]
Memo
19 Avq 2012 / 03:12
Coooox maraqlidi... Hekayede heqiqet var twk hekaye ucun.
[cavab]
Golf
19 Avq 2012 / 04:19
Suuupeeeeer.oxudugum en maraqli hekaye.twk
[cavab]
_13_
28 Avq 2012 / 00:51
bele gözel hekaye üçün tesekkür edirem,bu arada anam üçün darixdim,kövreltdin meni lap
[cavab]
Krutoy_Fermer
2 May 2014 / 22:28
SUUUUPEEERDIII!!!!!twk!
red. Krutoy_Fermer (02.05 /22:29)
[cavab]
Bölmeye qayıt
0.1334 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az