Qara Zirə Yağı haqqında

pol Murad 12 Mart 2015 / 13:46
Salam. Bu gün sizə qara zirə yağının faydalarını yazacam(copy edilib), bilməyənlər üçün
Qara zirə yağı əsrlər ərzində müsəlmanlar
arasında çox təsirli müalicəvi vasitə kimi istifadə
olunurdu.
Məhəmməd peyğəmbər (s.ə.s) qara zirə
haqqında deyirdi ki, o ölümdən başqa bütün
xəstəliklərin dərmanıdır.
Qara zirə yağı insanın immun sistemini
stimullaşdırır və bunun nəticəsində müxtəlif
xəstəliklərlə mübarizədə çox yaxşı kömək edir.
Elmi tədqiqatların nəticəsində sübut olunub ki,
qara zirənin daim qəbulu qanda limfositlər və
digər immun sisteminin qoruyucu hüceyrələrin
səviyyəsini artırır. Bu hüceyrələr insan
orqanizminə xarici mühitdən düşən müxtəlif
zərərli mikroorqanizmlərlə (infeksiyalar, viruslar,
parazitlər, göbələklər və s.) mübarizə aparır və
bunun nəticəsində insan daha az xəstələnir.
Bundan əlavə bizim immun sistemi orqanizmdə
əmələ gələn xərçəng hüceyrələrini məhv edir.
Nəzərinizə çatdıraq ki, xərçəng hüceyrələri insan
orqanizmində daim əmələ gəlir, və yalnız güclü
immun sistemi bu hüceyrələrin çoxalmasına və
nəticədə xərçəng xəstəliyinə çevrilməsinə imkan
vermir. Tibbdə çoxdan sübut olunub ki, xərçəng
xəstəliklərin əksəriyyəti məhz immun sistemi
zəifləməsi zamanı inkişaf edir.
Qara zirənin şişəleyhinə təsiri müxtəlif elmi-
tədqiqat laboratoriyaların tədqiqatları nəticəsində
sübut olunub. Dünyanın müxtəlif ölkələrində
onkoloqlar bu vasitəni xəstələrə profilaktik və
müalicəvi məqsəd ilə təyin edirlər.
İmmun sisteminin möhkəmləndirilməsi məqsədi
ilə sağlam insan profilaktik olaraq hər gün səhər
və axşam 1 çay qaşığı qara zirə yağını qəbul edə
bilər.
Qara zirə hipertoniya xəstəliyi zamanı arterial
təzyiqinin tənzimlənməsinə kömək edir, qanda
şəkərin və pis xolesterinin səviyyəsini aşağı salır.
Qara zirə yağı damarlarımızı təmizləyir, onların
elastikliyini artırır və bunun nəticəsində
ateroskleroz və insult kimi ağır xəstəliklərin
inkişafında yaxşı profilaktik təsir edir.
Qara zirə insanın mədə-bağırsaq sisteminə də
yaxşı təsir edir. Disbakteriozla mübarizədə bu ən
effektli vasitələrdən biridir. Qara zirə iştahanı
artırır, piyləmənin qarşısını alır, arıqlamağa kömək
edir.
Müxtəlif dəri xəstəlikləri zamanı (psoriaz,
ekzema) qara zirə yağının daim istifadəsi çox
yaxşı müalicəvi effekt verir.
Qara zirə yağı dərini cavanlaşdırır, onu daha
hamar edir, qırışları azaldır. Qara zirə yağını
müxtəlif dərini cavanlaşdıran maskalara əlavə
etmək olar. Bundan əlavə bu kimi sadə reseptdən
istifadə edə bilərsiniz: qara zirə yağını təmiz
dəriyə nazik qatla çəkin və 15-20 dəqiqədən
sonra xüsusi kosmetik salfetlərlə silin.
Nəzərinizə çatdıraq ki, qara zirənin müalicəvi
xüsusiyyətlərindən faydalanmaq üçün yalnız təbii
qara zirə yağından istifadə edin. Hal hazırda
bazarda çoxlu miqdarda ucuz saxta qara zirə
yağları satılır ki, onların istifadəsi insana heç bir
fayda verə bilməz.

red. Murad (12.03 /13:49)

[cavab]

pol GARABAG_T_E 12 Mart 2015 / 14:04
Murad, men istifde edirem heqiqeten cox faydalidir.ve bu yazdiqlarin qablawdirmanin icinde var.bilirdim butun bunlari.yenede yazib melumatlandirdigincun cox sag ol.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1361 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az