Gozel ibrətamiz Kəlamlar
Bacariqli
17 Noy 2012 / 22:13
1. Yaxşı dostun 3 əlaməti var:
-Səndən qabaq xərcləyən.
-Sənin abır-həyanı özünkündən mühüm
bilən öz canını fəda edən.
-Sirlərini gizli saxlayar.
2. Peyğəmbər (s.a.v) buyurdu: Cəhənnəm
əzabını dərk edən kəslər az gülərlər.
Onlar hər zaman ALLAHI yad edər,
ibadətlərinə xüsusi diqqət yetirərlər.
3. Bu dörd şey şeytanın xüsusiyyətidir:
-Gülü yemək
-Gülü əli ilə xırda-xırda etmək
-Dırnağı dişinə tutmaq
-Saqqalı çeynəmək
4. Peyğəmbərimiz (s.a.v) buyurur: Bir
şeyi bilmədən danışan kəsə göyün və
yerin mələkləri lənət oxuyar.
5. Əgər Namaz qılan şəxs RƏBBİNİN
sonsuz rəhmətinin onun üzərində necə
şamil olduğunu bilsəydi, heç vaxt başını
səcdədən qaldırmazdı!
6. Mülayim tərzdə danışmaq və
insanlara salam vermək ibadətdir.
7. Valideyinlərinə yaxşılıq et, onlara
məhəbbətlə baxan hər bir övlada ALLAH
əvəzində qəbul olunmuş bir ziyarətin
mükafatını verəcəkdir.
8. Tövbə ilə özünüzü ətirləyin ki,
günahların pis qoxusu sizi rüsvay
etməsin.
9. Abırlı olmağın ən ucası insanın özü-
özündən utanmasıdır!
10. Bir qızın gözəlliyini görən kimsə,
gözünü ondan tez ayırarsa ALLAH Təala
yeni bir ibadət səvabı ehsan edər ki,
ibadətin ləzzətini tez duyar.
11. Hər kim ki, sənin əlindən 3 dəfə
qəzəbləndi və sənə heç bir pis söz
demədi, onunla dost ol!
12. Din ağaca bənzəyir ALLAHA iman o
ağacın suyu, Namaz kökü, Zəkat kölgəsi,
ALLAHA görə dostluq budaqlarıdır. Gözəl
əxlaq yarpaqları, günahdan çəkinmək
isə meyvələri hesab olunur. Həzrət
Məhəmməd buyurur: ALLAH yolunda 1
gecə keşik çəkmək, min gecə namaz
qılıb, gündüzləri də oruc tutmaqdan
üstündür.
13. Həzrət Məhəmməd (s.a.v) :
“Günahdan tövbə etmiş şəxs tövbə
etmiş kimidir.”
14. Dünyan üçün elə çalış ki, sanki
həmişə yaşayacaqsan. Axirətin üçün elə
çalış ki, sanki sabah öləcəksən.
15. Həzrət Məhəmməd (s.a.v) buyurur:
Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə
salavat göndərmir.
16. Dünya möminin zindanı, kafirin isə
behiştidir. (Məhəmməd Peyğəmbər
(s.a.v))
17. Həzrət Məhəmməd (s.a.v) buyurur:
Mənim bildiklərimi bilsəydiniz, az gülüb
çox ağlayardınız.
18. Qonşusu ac ikən, tox yatan kəs mənə
iman gətirməməmişdir. (Peyğəmbər
(s.a.v))
19. Gülərək dua edən şəxs, ağlayaraq
Cəhənnəmə daxil olar. (Məhəmməd
Peyğəmbər (s.a.v))
20. Kafir belə olsa heç kəsin qəlbini
qırma. Cünki qəlb qırmaq, ALLAH Tealanı
incitmək deməkdir.
21. Bir kimsə qiybət edərsə, onun
səvabları qeybətini etdiyi şəxsə, o
şəxsin günahları isə buna gələr!
22. Həqiqi sevgi, yaxşılıq gördüyündə
artmayan, pislik gördükdə isə
əksilməyəndir.
[cavab]
Seyfu
17 Noy 2012 / 22:50
Təşəkkürlər.
[cavab]
Vita_Brevis
17 Noy 2012 / 23:04
Bacariqli, elin qolun var olsun...
[cavab]
PRINCESS
18 Noy 2012 / 07:36
cox sagolun cox gozel movzu idi.men de ibadet yolundayam,yeginki siz de yazdiqlariniza emel edirsiz.allah namazini qebul etsin.
[cavab]
Bölmeye qayıt
0.1587 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az