Maragli bir hekaye(oxumaga deyer)

pol MuSLiMaN_050 8 Mart 2015 / 19:26
15 yaşlı cavan oğlan avtobusa mindi. Görəndəki yerlərin hamısı boşdu sevincinin həddi yox idi. O, pəncərənin yanında yerini rahatladı. Axı sona kimi getməli idi. Avtobus yola düşdü. 20 dəqiqədən sonra bütün yerlər tutulmuşdu. Oğlan pəncərədən çölə baxır, musiqi dinləyirdi. Birdən yaşlı bir qadın onun çiyinlərinə toxundu:

- Utanmırsan? Sənin yaşda olanda mən yaşlılara yer verirdim.

Başqalarıda ona qoşuldu - Qoca qadın ayaq üstə qalıb, bu da necə özünü saymazyana aparır.

2-3 dəqiqədən sonra bütün avtobusda olanlar artıq oğlanın üstünə düşmüşdü. Oğlan buna dözmədi və dedi:

- Yaxşı mən duracağam amma bu yerdə, öz sözlərindən utanmayan biri otursun.

Bu sözlər avtobusdakıları şoka saldı, onlar lap hiddətləndilər. Oğlan isə oturacaqların altından qoltuq ağaclarını çıxardı, əvvəl birini sonra o birini. Heç kimə bir söz demədən onlara söykənib dayandı. Hər kəs susdu. Axı heç kimin ağlına gəlmirdi ki, belə ola bilər, hətta onun ayağını bütün yol boyu qəsdən taptalayan yaşlı qadın, yalnız indi başa düşdü ki, oğlan niyə reaksiya vermirmiş. Sonuncu dayanacağa qədər oğlan sakitcə qoltuq ağaclarına söykənərək durdu, avtobusdakılarsa susdu. Oğıana çətin idi, amma bir şey ona güc verirdi. Onun yeri boş qalmışdı, orda oturmağa heç kim curət etmədi.

[cavab]

pol PrOgRaMmEr* 8 Mart 2015 / 19:27
super

[cavab]

pol PrOgRaMmEr* 8 Mart 2015 / 19:27
cox gozel hekayedi

[cavab]

pol PrOgRaMmEr* 8 Mart 2015 / 19:28
tesrlendim

[cavab]

pol omrum 8 Mart 2015 / 19:45
Eladi,super.

[cavab]

pol *NuRaY* 8 Mart 2015 / 20:23
Təsirlidir super

[cavab]

pol *_11-MeZuN_* 8 Mart 2015 / 20:50
Suppa

[cavab]

pol YeTiM 8 Mart 2015 / 21:04
Tesirlidi super ama real deilde:)
Realda olan beledi.oglan ayagi duracagdi novbeti dayanacagda dayananda bidene xala qaca qaca gelib oturcagdi

[cavab]

pol Ms_zekow 8 Mart 2015 / 21:05
maraqlidi

[cavab]

pol Guclu_oqlan 8 Mart 2015 / 21:36
xosuma geldi

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1396 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az