Dünyanın ən yoxsul və nümunəvi prezidenti
ilawka51
17 Noy 2012 / 19:12
Uruqvay prezidenti Xose Mujikanın həyat tərzi digər prezidentlərdən kəskin fərqlənir.
ANN.Az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, dünyanın ən kasıb prezidenti hesab edilən Mujika ayda cəmi 775 dollarla yaşayır.
O vəziyyəti elə də ürəkaçan olmayan fermaların birində öz həyat yoldaşı ilə yaşayır və cəmi iki polis onları mühafizə edir.
Xose Mujika öz 12 min dollarlıq maaşının 90%-ini xeyriyyə təşkilatlarına bağışlayıb, özü isə torpaq sahəsində işləyir, burada çiçək becərir. O adətən əmək haqqını kasıblara və xırda sahibkarlara bağışlayır.
2010-cu ildə Mujikanın illik gəliri 1800 dollar olub. Bu il isə prezident həyat yoldaşının aktivlərinin yarısını öz sərvətinə qatdıqdan sonra bu məbləğ 215 min dollara qalxıb.
Xose Mujika 2009-cu ildə prezident seçilib. O 1960-70-ci illərdə “Tupamaros” adlı kommunist partizan hərəkatının üzvü kimi mübarizə aparıb.
[cavab]
OLdEnNiK
17 Noy 2012 / 19:28
saytin adini sil.
[cavab]
ilawka51
17 Noy 2012 / 19:38
OLdEnNiK, ac mesaj qutuvu!
[cavab]
EMIN98
17 Noy 2012 / 19:48
Qaqa. O saytlar mehşur saytlardı. Kanal saytları, xeber saytlarıdı. Onların reklama dexli yoxdu. Neceki facebook, youtube kimi.
[cavab]
Bölmeye qayıt