Oxumaga deyer
behbud
12 İyun 2012 / 20:15
Ibrətamiz hekayə (çox təsirlidir) Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna
daxil olub yerlərini tutdular. Oğlan pəncərə
tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o,
hava axınını hiss etmək üçün əlini pəncərədən
bayıra çıxardı və birdən heyrətlə qışqırdı: Ata,
görürsənmi, bütün ağaclar geriyə gedir! Yaşlı kişi cavabında gülümsədi. Cavan oğlanın yanında evli
cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü
uşaq kimi
aparması təəccüblü gəlmişdi. Oğlan qəfildən
yenə də heyranlıqla qışqırdı: Ata, gölə bax,
heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir! Cütlük oğlanın qəribə hərəkətlərini
utanaraq müşahidə edirdi, atası isə oğlunun
davranışında heç bir qəribəlik görmürdü. Yağış
yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü.
O, yenə də sevinclə gözlərini yumub qışqırdı: -
Ata, yağış yağır! Görürsənmi, ata? Cütlük oğlana baxaraq lağ edir
və öz aralarında
bu oğlanın yaşına yaraşmayan şəkildə hərəkət
etdiyini deyirdilər bir-birinə. Bir müddət
keçdikdən sonra oğlana baxa-baxa gülməkdən
özlərini saxlaya bilmirdilər. Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu:
Siz niyə oğlunuzu hansısa bir klinikaya
aparmırsınız? Kişi cavab verdi:
Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun
ömründə ilk
dəfə gözləri görməyə başlayıb. Bunu eşidən cütlük yolun davamında başlarını aşağı salıb
sakitcə oturdular. Təbii ki, əslində
utanılacaq hərəkəti özlərinin etdiklərini
anlayaraq...
[cavab]
selim
12 İyun 2012 / 22:09
behbud ,qaqa sagol ki bele ibratemiz hekayeler yazirsan
red. selim (12.06 /22:10)
[cavab]
behbud
12 İyun 2012 / 22:14
selim,twk brat
[cavab]
Rose
12 İyun 2012 / 23:03
dogurdan dpygusal imiw cox gozel hekayedi.
[cavab]
behbud
13 İyun 2012 / 00:12
twk. Sabah bawqasini yazacam.
[cavab]
hitler
13 İyun 2012 / 02:42
sag ol ki qaqa bele movzu acmisan.
[cavab]
Awk
13 İyun 2012 / 04:22
geweydi.
[cavab]
Memo
9 Avq 2012 / 13:13
Cooox maraqlıdı. Oxumaga deyer.
[cavab]
DeeD
9 Avq 2012 / 17:40
twkr ozve ezyet vermisen.
[cavab]
xuliqanYusif
9 Avq 2012 / 19:02
Rose,dpuqsal nedi behbud eladi xosuma geti birat lap mat qaldi
red. xuliqanYusif (09.08 /19:02)
[cavab]
Bölmeye qayıt
0.2221 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az