26.02.1992.Xocalı
*_aze5_*
26 Fev 2015 / 23:13
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli
hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə
şəhid qurban vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin
köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın
25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə
tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı
tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən
2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən
şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə
tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü
uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini
qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275
xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı",
"Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı
döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və
dünya mətbuatı "Xocalı qətliamı" ( ing. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.
[cavab]
Bölmeye qayıt
0.1767 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az