ODUNCU HEKAYESI.By_YeTiM

pol YeTiM 23 Fev 2015 / 21:59
Bir gün meşədə odunçu kişinin baltası çaya düşür. O ağlamağa başlayır. Bu dəm ALLAH ondan niyə ağladığını soruşur.
- Axı necə ağlamayım? Baltam çaya düşüb. Bundan sonra ailəmi necə dolandıracam?
Onda ALLAH çaydan qızıl balta çıxarıb kişiyə verir: «Sənin baltan budu?».
Kişi baltanı götürmür: «Yox, bu, mənim baltam deyil». ALLAH çaydan gümüş balta çıxarıb odunçuya verir. Odunçu yenə baltanı götürmür: «Bu da mənim baltam deyil». Nəhayət, ALLAH çaydan dəmir baltanı çıxarıb odunçuya verir. Kişi sevinir: «Hə, bu, mənim baltamdı». Bunu görən ALLAH deyir: «Görürəm sən düz adamsan, mənim qoyduğum qaydalarla yaşayırsan. Buna görə də hər üç baltanı sənə verirəm».
Bir müddət sonra bədbəxtçilikdən odunçunun arvadı çaya düşür. O yenə də ağlamağa başlayır. Bu dəfə də ALLAH ondan niyə ağladığını soruşur.
- Axı necə ağlamayım. Arvadım çaya düşüb.
Onda ALLAH çaydan Cenifer Lopesi çıxarıb kişidən soruşur: «Bu, sənin arvadındı?»
Kişi sevinə-sevinə «Hə, mənim arvadımdı» deyir.
Bunu eşidən ALLAH qəzəblənir: «Sən məni aldatdın».
Odunçu cavab verir: «ALLAHım, burda bir balaca anlaşılmazlıq baş verib. Əgər mən desəydim ki, bu, mənim arvadım deyil, sən çaydan Ketrin Zeta-Consu çıxaracaqdın. Ancaq mən yenə deyəcəkdim ki, bu, mənim arvadım deyil. Onda sən mənim öz arvadımı çaydan çıxaracaqdın. Səni aldatmadığıma görə mükafat kimi hər üçünü mənə verəcəkdin. Onları saxlaya bilməyəcəkdim və dördümüz də bədbəxt olacaqdıq».
Məntiq: «Kişilər yalan danışanda bunu layiqli və hamının xeyri üçün edirlər».

[cavab]

pol *_NeYTRoN_* 23 Fev 2015 / 22:07

[cavab]

pol _SlAdKiY_ 23 Fev 2015 / 22:08
Qaqa bu nə mövzudu? ƏSTAFURULLAH.

[cavab]

pol YeTiM 23 Fev 2015 / 22:16
_SlAdKiY_, burda mentiq var qaqaw

[cavab]

pol reshid11 23 Fev 2015 / 22:23
bunedi movzu yoxduda acmaqa ESTEFURULLAH REBBIE TOBBEILEY.

[cavab]

pol Melis 23 Fev 2015 / 22:29
))))))))))))

[cavab]

pol _KiLLeR_ 23 Fev 2015 / 22:30
bune movzudu

[cavab]

pol YeTiM 23 Fev 2015 / 22:53
FSODA biri qinadi hami qinayacagda. MOVZUNUN AXRINA DIQQET!

[cavab]

pol X_men_ 24 Fev 2015 / 00:06
YeTiM, movzuda iwleri korlayan tekce adlar cenifer filan bular 1az mezeli seslenir ve yaradanla dialoqa getirilmez weyler ama sondaki cumlede mentiw var

[cavab]

pol NegatiV 24 Fev 2015 / 19:11
YeTiM, qaqa movzu ucun twk anliyan anladi anlamiyanda bow bow mesajlar yazdi...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1713 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az