Dollar & evro
PORSCHE
21 Fev 2015 / 14:17
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.
Məlumata əsasən, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, - deyə bəyanatda vurğulanır.//APA.
Azərbaycan Mərkəzi bankının fevralın 21-nə olan rəsmi məzənnəsinə əsasən, 1 avro 1,1950 manat səviyyəsində qərarlaşıb.
Bu göstərici ötən gün ilə müqayisədə 30 qəpik və ya 33,8% artım deməkdir.
[cavab]
*_=(SoBrAnI)=_*
21 Fev 2015 / 14:36
Duzmu basa dusdum yeni bundan sora
100 dollar 105 manat olacaq elemi
[cavab]
resadd
21 Fev 2015 / 14:37
durduq yerde artmaz
red. resadd (21.02 /14:38)
[cavab]
resadd
21 Fev 2015 / 14:37
beyax xezer xeberde dediler evro 1,20 manat di
[cavab]
Azad_Ruh
21 Fev 2015 / 15:50
Her sey qalxacaq
[cavab]
PORSCHE
21 Fev 2015 / 15:54
*_=(SoBrAnI)=_*, he qaqam.100 dollar-105 manat
[cavab]
Bölmeye qayıt
0.1667 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az