Şair olmağıma çox qalıb hələ(#unvanli)
I_LoVe_FiDaSKa
19 Fev 2015 / 11:46
Mən səni sevirəm, səni, əzizim,
Sənsən həyatımın nübarı, ilki.
Mən şeir yazıram sənə, əzizim,
Hər bir şeir yazan şair deyil ki.
Həqiqət belədir, məndən incimə,
Mən adi adamam şair deyiləm.
Nə olar, sən mənə “şairim” demə,
Şair olmağıma çox qalıb hələ.
O söz ki, dil ilə deyə bilmirəm,
Mən onu yazıram kağız üstünə.
Yazıram eşqimi, yazıram ki, mən,
Eşqimi şeirlər çatdırsın sənə.
Hər dəfə səninlə görüşqabağı,
Qurub-quraşdırıb söz düzürəm mən.
Qalanır qəlbimə bir söz qalağı,
Sənin görüşünə tələsirəm mən.
Di gəl ki, çatanda sənin yanına,
Elə bil ağzıma qıfıl vurulur.
Qəlbimdə minlərlə sözüm olsa da,
Danışa bilmirəm, nitqim tutulur.
Ürəyim sinəmdə təlatümlənir,
Bircə an baxanda gözünə sənin.
Əllərim titrəyir, gözüm nəmlənir,
Bircə an baxanda gözünə sənin.
Onda ilham gəlir hay-harayıma,
Onda yazmaq çatır dadıma mənim.
Onda qələm gəlir hay-harayıma,
Onda varaq çatır dadıma mənim.
Mən dedim düzünü, məndən incimə,
Mən adi adamam, şair deyiləm.
Nə olar, sən mənə “şairim” demə,
Şair olmağıma çox qalıb hələ.
[cavab]
fidaska
19 Fev 2015 / 12:59
Supperdi. Elaaaa
[cavab]
*_Ehmed_*
19 Fev 2015 / 14:51
Superdi.
[cavab]
omrum
19 Fev 2015 / 15:56
Superdi.Ela
[cavab]
MaRRiaGe
19 Fev 2015 / 17:44
sheirive tullanim)))
[cavab]
Bölmeye qayıt