Onsuz da adını deməyəcəyəm
I_LoVe_FiDaSKa
19 Fev 2015 / 11:39
Onsuz da adını deməyəcəyəm
Məni gətirməyin zara siz Allah.
Oyadıb mürgülü xatirələri
Vurmayın könlümə yara siz Allah.
Uzaq keçmişimi gətirib dilə,
Qoyub məsxərəyə, salmayın ələ,
Ötən günlərimi vermişəm yelə,
Gələni etməyin qara siz Allah.
Onsuz da dərdimi bölən deyilsiz,
Nələr çəkdiyimi bilən deyilsiz,
Ölənlə yıxılıb ölən deyilsiz,
İtin cəhənnəmə, gora siz Allah.
Çəkib aparmayın ötən günlərə,
Ömrümdən silinib itən günlərə,
Sonu ayrılıqla bitən günlərə,
Çəkməyin fikrimi dara siz Allah.
Fələklə bir ömr yarışmışam mən,
Dərdimlə qaynayıb qarışmışam mən,
Daha qismətimlə barışmışam mən,
Vurmayın təzədən ara siz Allah.
[cavab]
naruro
19 Fev 2015 / 12:11
Gozel weirdi eladi
[cavab]
fidaska
19 Fev 2015 / 13:12
Bombaaa
[cavab]
Bölmeye qayıt