"Həzrəti Məhəmməd Peyğəmbərdənkəlamlar"

pol Bacariqli 17 Noy 2012 / 00:35
1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı
olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.
2 – Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola
bilmәz; Onlar Allaha iman gәtirmək və Onun
bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş
də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar
isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan
vurmaqdan ibarәtdir.
3 – Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan
aparar.
4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü
görmәz.
5 – Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların
biri sağlamlıq, digәri isә asudәçilikdir.
6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs,
mәl`undur.
7 – İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha
üstünü isə halal (çörәk) qazanmaqdır.
8 – Gözәllik dildәdir.
9– Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış)
intizarında olmaqdır.
10 – Dünya, Allah yanında afcaqanadın qanadı tәk
dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә
vermәzdi.
11 – Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın
vә yoxsullarla (bir yerdә) әylәşin.
12 – Savadı olmayan halda xalqa fәtva verәn şәxs,
göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr.
13 – Allah–taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit
olub, amanda qalan bәndәyә rәhm etsin.
14 – Üç xüsusiyyәtә malik olan şәxsin imanı
kamillәşmişdir:
(Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
(İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan;
(Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә
әl uzatmayan.
15 – Rahatlıq (sakitlik və asta davranış) Allahdan,
tәlәsmәk isә şeytandandır.
16 – Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric
olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb
buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn
halda özünü (tәmkinli) saxlayandır.
17 – Daha üstün imanlınız, daha çox әxlaqlı
olanınızdır.
18 – Gülәrüzlü olmaq kinlәri aradan aparar.
19 – Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları);
Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә
nadanlıqdandır.
20 – Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar
öz vә`dinə әmәl etmәlidir.
21 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә
yoxsulluq gәtirər.
22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı
ibadәt sayılır.
23 – Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər
vә Allah–taala qәzәbә gәlər.
24 – Nadanlıq üzündәn iş görәn şәxsin
xarabkarlıqları, islahatından çox olar.
25 – İman iki hissәyә bölünür: Onun yarısı sәbr
(dözüm), yarısı isә şükrdәn ibarәtdir.
26 – Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş
(Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
27 – Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim
dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә
yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar
kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
28 – Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir.
29 – Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün
xalqı canavar olacaq vә canavar olmayan canavarlar
tәrәfindәn yeyilәcәkdir.
30 – Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı
qardaş vә halal pul olacaqdır.
31 – Qur`anın haram etdiyini halal sayan şәxs,
(Allaha va İslam dininə) iman gәtirmәmişdir.
32 – Peşimançılıq tövbә (etmәk) -sayılır.
33 – İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә
bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
34 – Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) – dir.
35 – Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn
artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.
36 – Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә
vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.
37 – Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar
daha üstündür? Buyurdu: Onu yad etdikdә, sәnә
kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın
daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.
38 – Biz Әhli–beytin mürüvvәti bizә zülm edәnlәri
әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.
40 – Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz
olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә
bir növ) yaxşılıq sayılır.
41 – Allah yanında ən pis adam elmi ilə əməl etməyib
ondan faydalanmayan alimdir.
42 – Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət
göstərildiyi evdir.
43 – Başqa adamlara hörmət edin və onların
qarşısında təvazökar olun, çünki, təvazökarlıq
adamın dəyərini artırar.
44 – Allaha, qiyamətə və cəza gününə inananlar
əhdinə vəfalı və bağlı olmalıdırlar.
45 – Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə
baxdıqları zaman sanki ibadət edirlər.
46 – Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və
xoşbəxtlikdir

[cavab]

pol Vita_Brevis 17 Noy 2012 / 00:42
Bacariqli, ehsen...

[cavab]

pol Bacariqli 17 Noy 2012 / 00:44
Yazdigim Movzunu oxudugun ucun Twk

[cavab]

pol EMIN98 17 Noy 2012 / 01:19
Çox gözel. Ellerin var olsun.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2602 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az