Gozəl ibrətamiz Kəlamlar
Bacariqli
17 Noy 2012 / 00:15
* İmam Sadiq (ə): "Kim qardaşının müsibətinə şad
olarsa, müsibət görməmiş dünyadan köçməz."
* İmam Rza (ə): "Sükut hikmət qapılarından biridir.
Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin
və yaxşılığın yolunu göstərər"
* İmam Əli (ə): "Bu dörd şey insanı dörd şeydən
məhrum etməz. Dua edən qarşılığından, tövbəkar
cavabından, istixfar edən mərifətdən və şükr edən
nemətin bolluğundan"
* İmam Əli (ə): "Mülk sahibi olmaq üçün qənaət,
nemət sahibi olmaq üçün gözəl əxlaq kifayətdir.
* Məhəmməd peyğəmbər (s.a.v): "Әgәr bir şәхs
nаmаzdаn sоnrа Аllаhdаn bir şеy istәmәsә, Аllаh
mәlәklәrә buyurаr: "Bәndәmә bахın, vаcibаtı yеrinә
yеtirdi. Аmmа mәndәn hеç nә istәmәdi. Еlә bil mәnә
еhtiyаcı yохdur. Оnun nаmаzını götürüb, üzünә
vurun!"
* İmam Həsən (ə): "Bütün хеyirlәr bir аnlıq sәbirdәdir
ki, uzun rаhаtlığа vә çох sәаdәtә sәbәb оlаr".
* Məhəmməd Pеyğәmbәr (s.a.v.) buyurub: "Hәr kim
"İхlаs" surәsini yаtmаzdаn qаbаq охusа, Аllаh оnun
әlli illik günаhlаrını bаğışlаyаr".
* İmam Hüseyn (ə) buyurur: "Düz danışmaq
izzətdir.Yalan danışmaq acizlikdir. Camaatın sirri
əmanətdir. Qonşuluq qohumluqdur. Camaata kömək
etmək sədəqədir. İş özü təcrübədir."
* İmam Hüseyn (ə) buyurur: "Əgər üç şey olmasaydı,
bəşər heç nəyin qarşısında əyilməzdi: 1.Kasıblıq;
2.Xəstəlik; 3.Ölüm."
* İmam Əli (ə) (Hz.Mehdi (ə) haqqında ) buyurur: "O,
zamanı gəldikdə din məqamına oturacaq və insanlar
payız buludlari kimi onun ətrafına toplanacaqdır."
* İmam Əli (ə): "Adəm oğlunun özünü tərifləməsi
harasına yaraşar? Onun əvvəli nüftə, sonu isə leşdir."
* Məhəmməd Pеyğәmbәr (s) bеlә buyurub: "Hәr kim
mәnә sаlаvаt göndәrib, Әhli-bеytimә isә sаlаvаt
göndәrmәsә, Cәnnәtin iyini duymаz. Hәqiqәtәn,
Cәnnәtin iyi bеş yüz illik mәsаfәdәn duyulur..
* İmam Əli (ə): "Sənə salam verildiyi zaman sən daha
gözəl qarşılıq ver. Sənə doğru yaxşı niyyətlə uzanan
ələ, sən daha üstün əvəz ver. Bütün hallarda
üstünlük birinci yaxşılıq edənindir.
* İmam Əli (ə): "Ey dünya, ey dünya uzaqlaş məndən.
Özünü mənəmi sırıyırsan, yoxsa mənimi arzu
edirsən? Aldadan zamanın uzaq olsun. Sən get
başqasını aldat. Mənim sənə ehtiyacım yoxdur. Sənin
ömrün qısa ,dəyərin azdır, arzun zərərdir."
* İmаm Bаqir (ә): "Hәr kim Hәzrәt Zәhrаnın (ә.) zikrini
dеsә, bаğışlаnаcаq. Bu tәsbihаt yüz dәnәdir. Аmmа
оnun әmәl tәrәzisindә sаvаbı min dәnәdir. Bu әmәl
şеytаnı rәdd, Аllаhı isә rаzı еdәr".
* İmam Əli (ə): "ALLAHın hər gün belə səslənən
mələyi vardir: 'Ölmək üçün doğuldun, getmək üçün
toplayın, xarab olması üçün çalışın"
* İmam Əli (ə): "İbadət üçün gecə oyaq qalmaq
bədənin sağlamlığının, ALLAH Təalanın razılığının,
ALLAHın rəhməti altında olmağın və peyğəmbərlərin
əxlaqından yapışmağın mənşəyidir."
* ALLAHın Peyğəmbəri (s): "İbadət üçün gecə oyaq
qalmağı sizə tövsiyyə edirəm ki, bu sizdən əvvəlki
ləyaqət sahiblərinin həyat tərzidir. Gecə oyaq
qalmaq ALLAHa yaxınlaşmaq və günahlardan
çəkinməyin vasitəsidir."
* İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş
söydüyünü gördükdə): "Birinci başlayan daha çox
zülmkardır və qarşı tərəfin günahı zülmə məruz
qalan öz həddini aşmayanadək, onun boynundadır."
[cavab]
Bölmeye qayıt
0.2077 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az