Gozəl ibretamiz Kəlamlar
Bacariqli
17 Noy 2012 / 00:02
“...Bərkdən (qışqıra-qışqıra) danışma ki, səslərin ən
pisi uzunqulağın səsidir.” 1.
P_S. İslam mədəniyyətinin zəngiliyinə sübutlardan
biri də məhz Qurani kərimdə bir çox məslələrin
kənarında insanın danışarkən səs tonunun necə
olması haqda da fikir yürütməsidir. Adı çəkilən
mədəniyyət insanları danışarkən daha asta,
qulaqlara narahatlıq törətməyən tərzdə danışmağa
çağırır.
___Düzdür, əfsuslar olsun ki, bütün bu tövsiyələrə
baxmayaraq ən ucadan, qışqırtı-bağırtı ilə danışanlar
məhz müsəlmanlardılar. Və ən acınacaqlısı da budur
ki, bu günlər müsəlman dünyası asta danışmaq
mədəniyyətini Avropa mədəniyyətindən əxz etmək
istəyir. Halbu ki, bu mədəniyyətin əsası məhz islam
təlimlərində qoyulmuşdur.
___Bir hədisdə Allahın Peyğəmbəri (s) belə deyir:
«Allah-taala asta səsi sevər və uca səsə (qışqıra-
qışqıra danışmağa) nifrət edər.» 2.
___Və yaxud başqa bir hədisdə İmam Əli (ə) buyurur:
“Üç şey alicənablıq əlamətidir: ... Onlardan üçüncüsü
asta səslə danışmaqdır.'' 3.
___Bəli. Islam təlimlərinə əsasən insanın səsi yox,
sözü uca və qüvvətli olmalıdır.
İnsanın danışdığı sözündə məntiq, hikmət və məna
varsa onu bağıraraq çatdırmağa gərək yoxdu.
Bağıraraq çatdırılan məntiqsiz söz ancaq qulağa kimi
çatarsa, məntiq və hikmətli olan söz isə asta səslə
deyilməsinə baxmayaraq ta qəlblərə kimi yol tapar.
Bir həyati deyimdə Mövlana Cəlaləddin Rumi bu
haqda belə deyir:
“Səsini yüksəltmə, sözünü yüksəlt, Unutma ki,
bitkilər göy gurultuları ilə yox, məhz yagış damlaları
ilə bitər...!”
Asta-asta gülüb, asta danış ki, Beləcə qəlbləri fəth
etsin sözün. Qulaq pərdəsini yırtmaq asandı, Qoy
Ürək telini titrətsin sözün.
Asta gəz, asta gül, asta danış ki, Həmişə diqqətin
özündə olsun. Söhbət kasasına hikmət doğra ki,
Sözünün qüvvəti sözündə olsun!
[cavab]
Vita_Brevis
17 Noy 2012 / 00:07
Bacariqli, like... ehsen.
[cavab]
Bölmeye qayıt
0.1496 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az