by romeo 2

pol Deli_oglan 16 Fev 2015 / 12:20
(Rabil Quliyev) Eşitdim Nişanlanmısan


Ey gülüm Eşitdim nişanlanmısan
Təbrik eləyirəm xoşbəxt olasan
Yaşayıb güləsən ömrün boyunca
Həyat yoldaşınla yaşa dolasan..

Kaş ki, eşitməzdim bu xəbəri mən
Söylə necə dözsün buna ürəyim?
Sən xoşbəxt olursan, mən isə bədbəxt
Bilmirəm nə edim nələr söyləyim ?!

Bir də dedilər ki, toyun olacaq
O an gözlərimdə qaraldı dünya
Ürəyim yerindən söküldü san ki
Elə o andaca bataydı dünya..

Sən mənim döyünən ürəyim idin
Sən mənə hərşeydən əzizdin əziz
Sənli xəyallarım olubdur talan
Gedişin qəlbimə saldı böyük iz ..

Ağlımdan çıxmayır sənli günlərim
Həmişə söylərdik biz bir olarıq
Deyərdik Birgə keçsin hər ilimiz
Bilməzdim ayrı yanıb kül olarıq..

Indi istəyimdir Allahdan mənim
Səni xoşbəxt etsin sevən yarınla
Məndə tək başıma düşünüm səni
Məni tərk etməyən xəyallarınla...

[cavab]

pol Halk-- 16 Fev 2015 / 12:26
Suppa)

[cavab]

pol Senur1999 16 Fev 2015 / 12:34
pisdeyil

[cavab]

pol turalmemmedov98 16 Fev 2015 / 12:35
ela....

[cavab]

pol Deli_oglan 16 Fev 2015 / 12:44
twk hamiya

[cavab]

pol omrum 16 Fev 2015 / 14:55
superdi ela
red. omrum (16.02 /14:55)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1292 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az