Azərbaycanda siqaret və spirtli içki bahalaşdı
SiMuS
5 Fev 2015 / 00:07
Nazirlər Kabineti qərar verdi.
Azərbaycanda siqaret və spirtli içkilərin
qiyməti rəsmi olaraq bahalaşıb. Qərarın
analizi göstərir ki, siqaret və tütünün
qiyməti bahalaşsa da bir sıra məhsulların
qiyməti əksinə olaraq ucuzlaşıb.
Azərbaycan Respublikasının ərazisinə
gətirilən aksiz vergisinə cəlb olunan
malların aksiz dərəcələrinin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə qərar qəbul edilib. Belə ki,
Azərbaycan Respublikasının ərazisinə
gətirilən aksizli malların aksiz dərəcələri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 29 yanvar tarixli 17
nömrəli qərarı ilə təsdiq edilib.
Beləliklə, qərara əsasən, ölkəyə gətirilən etil
spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ
dollarından və ya 0,8 manatdan 2 manata
qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz
vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8
manatdan 1 manata qaldırılıb.
Üzüm şərabları üzrə aksiz dərəcələri
demək olar ki, dəyişməyib və əvvəlki 2,5
dollar əvəzinə 2 manat həddində müəyyən
edilib. Əvəzində indiyədək aksiz vergisinə
cəlb edilməyən şampan şərablarının hər
litri üçün 2,5 manat aksiz vergisi müəyyən
edilib.
Eləcə də viski, rom, araq, likör və s. içkilər
üçün aksiz dərəcələri 20% artaraq 6 dollar
və ya 4,8 manatdan 6 manata qaldırılıb.
Aksiz dərəcəsi kəskin artırılan mallardan
biri də siqaretlər və tütün məmulatları
olacaq. Nazirlər Kabinetinin qərarı ilə bu
məhsulların aksiz vergisi təqribən 3 dəfə
artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8
dollar, yəni 1,44 manat əvəzinə 4 manat
müəyyən edilib.
Əvəzində müəyyən növ benzinlər üçün
aksiz vergisi bir ton benzinə görə, 250 ABŞ
dollarından 120 manata endirilib. Digər
tərəf bituma görə aksiz vergisi kəskin
artırılaraq hər ton məhsula görə, 1
dollardan 24 manata qaldırılıb.
[cavab]
SiMuS
5 Fev 2015 / 00:08
[cavab]
By_Fresh
5 Fev 2015 / 00:16
Bu xaricden gelen mallara aiddi.Yerli mallara aidiyyati yoxdu.
[cavab]
*_NeYTRoN_*
5 Fev 2015 / 00:31
Bizde heleki qalxmayıb.
[cavab]
R_Y_T_N
5 Fev 2015 / 07:08
Az icsinler az ceksinler
[cavab]
naruro
5 Fev 2015 / 10:33
Cekenddi dee neyniyek
[cavab]
naruro
5 Fev 2015 / 10:34
Niye qaldirirlar ki insanlar acinnan olur ee
[cavab]
Nergiz
5 Fev 2015 / 11:47
yaxwi olub ele
[cavab]
Mr_PsiXxX
5 Fev 2015 / 12:40
men de deyirem niye ken 4 15 qepiy olub(((((((
[cavab]
(_PATRIOTIC_)
5 Fev 2015 / 15:39
yaxşı olub
[cavab]
Bölmeye qayıt